Icma.az
close
up
RU
Tahir Gözel: “Ən yüksək hədəflər üçün mübarizə aparacağıq”

Tahir Gözel: “Ən yüksək hədəflər üçün mübarizə aparacağıq”

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" futbol klubunun prezidenti Tahir Gözel 2024-cü ilin yekunları ilə bağlı fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, o, dekabrın 25-i Azərbaycan Hava Yollarına aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaşanan faciə ilə bağlı xalqımıza başsağlığı verib:

“2024-cü il hüznlü, ağrı dolu hadisə ilə başa çatır. Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.

Klub prezidenti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində başa çatmaqda olan 2024-cü ili dəyərləndirib: “Bitməkdə olan il futbol meydanlarında daha xoş anlarla yadda qaldı. "Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/25 mövsümünü “Qızıl dubl”la başa vurdu”.

Tahir Gözel ilin ikinci yarısını da uğurlu hesab edib: “İlin ən böyük hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” camiəsi adından təşəkkür edirəm. Klubumuz təkcə meydanda deyil, ondan kənardakı fəaliyyəti ilə də dünyanın diqqət mərkəzində olub. “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı. Burada dünyanın bir sıra aparıcı klubları yer alıb ki, gələcəkdə alyansın sıraları daha da genişlənəcək. Artıq uzun illərdir Qarabağ adını beynəlxalq arenada yüksəklərə qaldıran komandamız 2024/25 mövsümündə də Avropada öz sözünü deyir. “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş etdi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komandamız bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, klubumuzun hər bir üzvünə bu uğurlardakı payına görə təşəkkür edirəm. “Qarabağ” bir ailədir və rəhbərlikdən tutmuş sıravi işçilərinə qədər hər kəsin bu nəticələrdə payı var. Onların hər birinə minnətdarlığımı bildirir, uğurların ardını gətirmələrini arzulayıram. İl boyu yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm. Onlar nəticələrdən, hava şəraitindən asılı olmayaraq, daim bizi dəstəkləyib, bizə inanıblar”.

O, əldə olunan uğurların davamının gələcəyinə inandığını da qeyd edib: “Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcəyinə inanıram”.

"Şamaxı"da yeni müqavilə "Karvan"da ayrılıq Kyeza İtaliyaya qayıtmaq istəyir Fransa klubu "Zaqatala"nın futbolçusunu istəyir Emrelinin qolu Almaniyada ən yaxşı seçildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri