Icma.az
close
up
RU
Tahir Gözəl: “Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır”

Tahir Gözəl: “Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Azərbaycan Premyer Liqasında 12-ci dəfə çempion olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” XXXII turda “Sabah”la heç-heçə (1:1) edərək sona 4 tur qalmış qızıl medalları təmin edib. Matçdan sonra klubun prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırdı:

– Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən mən çox razıyam. “Qarabağ” hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. “Sabah” çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hərzaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. “Sabah”la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir.

– Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?
– Mən belə düşünürəm ki, limitin ləğv olunnması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.

– Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?
– İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq, düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir.

– Oyundan sonra, paltardəyişmə otağında futbolçularına nə söylədiniz?
– 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər-kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi.

– Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilər mi?
– O duruş “Qarabağ”ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.

– Azərbaycan kubokunda yenidən “Sabah”la keçirəcəyiniz matç barədə düşüncələriniz?
– Mən bilirəm ki, “Sabah” həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, “şirlərin savaşı” adlandıracağımız matç olacağına inanıram.

– AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?
– Xeyr.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 Aprel 2025 06:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri