Tahir Gözəl: “Qarabağ” tarixində ən böyük uğurlardan birinə imza ata bilərik”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ” FK-nın prezidenti Tahir Gözəlin brifinqi keçirilib.
“Apasport”un brifinqdə iştirak edən əməkdaşının məlumatına görə, klub prezidenti “Vestri” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Bu gün “Qarabağ” çox gözəl oyun keçirdi. Üç qoldan ikisini yeni transferlər vurdu. Çox gözəl idi. Bilirsiniz, bu, ilk oyundur. İnanıram ki, komanda daha da güclənəcək. Hesab edirəm ki, bu qələbə həm də simvolik məna daşıyır.
“Qarabağ”ın sistemi düzgün icra etməsi vacibdir. Bu gün bəzi məqamlar alınmadı, qrafik də asan deyil. Amma hamımız başa düşürük ki, futbolçular böyük məsuliyyətlə çalışırlar. İnşallah, biz “Qarabağ”tarixində ən böyük uğurlardan birinə imza ata bilərik. Mən bunu hər dəfə deyirəm: bu il “Qarabağ” tarixi üçün çox uğurlu ola bilər.
Tahir Gözəl komandanın yenilənməsindən danışıb:
“Bəzən həyat insanı etməli olduğu addımlara məcbur edir. Bəzən özümüzə gəlmək, daha radikal qərarlar vermək lazım olur. Ola bilər ki, əvvəl bu qədər cəsarətimiz olmazdı. Mən hesab edirəm ki, insanın həyatında uğurlar qədər çətinliklər də ona kömək edir. Klub üçün də belədir. “Qarabağ” bu vəziyyətdən sonra daha güclü olacaq.
O, Kamilo Duranın “Seltik”ə transferindən söz açıb:
“Bizim üçün futbolçunu buraxmaq məsələsi təkcə maddi tərəflə bağlı deyil. “Qarabağ”ın hazırda bu pula ehtiyacı yoxdur. Bizdə elə futbolçu var ki, dünya futbolunda baş verən proseslərə uyğun olaraq onu saxlamaq asan deyil. Amma biz istəyirik ki, bizə gələn futbolçular gələcəkdə böyük futbolçular olsunlar. Onlar “Qarabağ”a gələndə bilməlidirlər ki, buradan İngiltərə liqasına, Avropa klublarına gedə bilərlər.
Biz düşündük ki, bu addımı atsaq, gələcəkdə daha güclü futbolçular “Qarabağ”a gəlmək istəyəcəklər. Getmək istəyən, düzgün qiymətləndirilən futbolçuların qarşısını kəsmək olmaz. Bu qərar həm də “Qarabağ”ın gələcəyi üçün dəyərli olmalıdır”.
Gözəl klubun akademiya üçün yeni torpaq sahəsi alması ilə bağlı şayiələrə də fikir bildirib:
“Hazırda elə bir şey yoxdur”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”ni məğlub edib - 3:0.
Aydın Bayramov: HEÇ NƏ HƏLL OLUNMAYIB “Zirə”nin matçında iki yubiley Rəşad Sadıqov: “5-10 dəqiqə ərzində çox şey dəyişə bilir” “Torpedo”nun baş məşqçisi: “0:3-dən geridönüş çətin olacaq” KL: “Zirə” cütün taleyini həll etdi - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 İyul 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















