Icma.az
close
up
RU
Tahir Gözel Zambiyada Rəqəmsal Sahədə Tərəfdaşlıq Danışıqlarında iştirak edib FOTO

Tahir Gözel Zambiyada Rəqəmsal Sahədə Tərəfdaşlıq Danışıqlarında iştirak edib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

APA xəbər verir ki, Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlayıb, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edərək, bu sahədə dəstəyə hazır olduqlarını bildirmişdir. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət etmişdir. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib. O, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, ASAN Xidmət modelinin uğuru və Proxima Tech Solutions tərəfindən təqdim olunan qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri