Icma.az
close
up
RU
Tahir Mirkişili: Avropanın Azərbaycan qazına təlabatı getdikcə artacaq

Tahir Mirkişili: Avropanın Azərbaycan qazına təlabatı getdikcə artacaq

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Azəbaycanın regionun enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətindən xəbər verir. Azərbaycanın enerji siyasətində mühüm strateji mərhələ kimi dəyərləndirilən nazirlərin bu görüşü regionun, o cümlədən Avropanın ölkəmizin enerji resurslarına təlabatının getdikcə artacağını göstərir. Avropanın enerji təminatında yeni və etibarlı alternativ mənbə olan Azərbaycan özünün mavi qaz hasilatını artırmaqla daha çox ölkəni enerji ilə təmin etmək iqtidarında olduğunu sübut etməkdədir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. 

Avropada Azərbaycan qazına tələbatın sürətlə artdığını bildirən millət vəkili bildirdi ki, Avropa üçün yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan Avropaya 2021-ci ildə təxminən 8 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib: “Bu rəqəm Avropanın ümumi istehlakında o qədər də böyük görünməsə də, bir çox ölkələr, xüsusilə alternative mənbələrə çıxış imkanları zəif olan Şərqi Avropa dövlətləri üçün Azərbaycan qazı böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən toplantısında çıxış edərək Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynadığı qeyd olunub. Azərbaycan Prezidentinin də vurğuladığı kimi burada əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmayacaq. Digər vacib amil isə qonşu və tərəfdaşlar ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycanın təbii qazının alıcısına çevrildi. Artıq Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac edilir ki, onlardan 10-u Avropa ölkəsidir. Həmin ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür. Sözsüz ki, bundan sonra da Azərbaycanın Avropada qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək. Azərbaycan  qaz ixracını artırmaq üçün mövcud qaz kəmərlərinin buraxılış qabiliyyətlərinin artırılması təklifini irəli sürüb.  Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaradılması lazımdır. Bunun üçün investorlar bu sahəyə sərmayə yartırmalıdır. Amma beynəlxalq maliyyə qurumları faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırıblar və onların öz siyasətlərini dəyişmələrinə ehtiyac vardır. Ölkə başçısı da çıxışında bildirdi ki, Azərbaycanın bu günə qədər Cənub Qaz Dəhlizinə qoyduğu sərmayə hələ qayıtmayıb. Sərmayənin qayıtması üçün Avropa dövlətləri Azərbaycandan daha çox qaz almalıdırlar”. 

Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr olduğunu nəzərə çatdıran T.Mirkişili ölkəmizin qaz ixrac etmək üçün kifayət qədər imkanlarının olduğunu söyləyib: “Hazırda yeni yataqların işlənməsi prosesi də gedir. Bu, o deməkdir ki, Azərbaycan mövcud infrastrukturu inkişaf etdirməklə daha çox qaz ixrac edib daha çox valyuta əldə edəcək. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində yeni layihələri təşviq edir. Bu baxımdan da bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı hesab olunur”.
Millət vəkili sonda bildirdi ki, enerji böhranının kritik həddə çatdığı bir vaxtda Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki rolu daha da artır: “Avropa İttifaqı gələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması üçün səylərini səfərbər etməlidirlər. Cənub Qaz Dəhlizi Avropa İttifaqı və region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Ukraynada davam böhranı fonunda Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Cənub Qaz Dəhlizi strateji əhəmiyyət daşıyır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri