Icma.az
close
up
RU
Tahir Mirkişili: Azərbaycan Xalq Cumhuriyyəti tariximizə qızıl hərflərlə yazılıb

Tahir Mirkişili: Azərbaycan Xalq Cumhuriyyəti tariximizə qızıl hərflərlə yazılıb

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından 107 il ötür. XX əsrin əvvəllərində Azərbaycan xalqı çoxəsrlik tarixində növbəti dəfə azadlıq, müstəqillik uğurunda mübarizəyə başlamış və nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika yaratdı. Yeni dünya nizamının formalaşdığı tarixi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi varlığını sübut etdi.  Cümhuriyyətin yaradılması  həyatımıza və tariximizə əlamətdar hadisə kimi əbədi daxil oldu.Təəssüflər olsun ki, Şərqin ilk demokratik respublikası çox yasaya bilmədi. 23 sonra süqut etsə də, AXC beynəlxalq hüququn subyekti kimi özünü təsbit etdi və xalqın milli mənlik şüurunun formalaşmasında mühüm rol oynadı”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, 23 ay ərzində Xalq Cümhuriyyəti çox böyük işlər gördü:

“Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Bu ordu  Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi. Bakı Dövlət Universiteti yaradıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində mühüm rol oynadı. 200-dən çox qanun qəbul olundu. Qadınlara səsvermə hüququ verən qanun qəbul edildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Milli hökumət Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək üçün böyük mücadilə apardı. İlk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

Millət vəkili qeyd etdi ki, adını tarixə qızıl hərflərlə yazan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı: “Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Cümhuriyyətimiz ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul etdi.  1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.  Ulu Öndər Heydər Əliyevin hər zaman AXC-nin və onun qurucularının tariximizdəki roluna böyük dyr verib. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, islahatlar uğurla davam etdirilir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb etdi. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olundu. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi”.

T.Mirkişili onu da bildirdi ki, Prezident İlham Əliyev Ali Baş Komandan və Prezident kimi həm Xalq Cümhuriyyətinin, həm də müasir Azərbaycan Respublikasının qurucularının başa çatdıra bilmədiyi missiyanı böyük şərəflə, cəsarətlə tamamladı: “Erməni terrorizminin bütün qurbanlarının qisasını döyüş meydanında aldıq. 2020-ci ildə uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bu gün həm Xalq Cümhuriyyətinə, həm müasir Azərbaycan Respublikasına rəhbərlik etmiş babalarımızın, erməni terrorunun qurbanlarının ruhu şaddır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri