Icma.az
close
up
RU
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasından tezislər

Azərbaycanın uzunmüddətli inkişaf strategiyasından tezislər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 13-də Bakıda nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin qatıldığı XII Qlobal Bakı Forumu da mühum məqamlarla yadda qaldı. Forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu.

Prezident torpaqlarımızın işğalını əbədiləşdirmək istəyən beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqının ədalətsiz yanaşmasına toxunaraq qeyd etdi ki, Avropanın monitorinq missiyası sərhədlərimizdə dayanırlar. Şübhəsiz ki, bu “binokl casusları”nın heç də xoş olmayan niyyəti yaxşı məlumdur. Amma unudurlar ki, regionda söz və güc sahibi Azərbaycandır. Ölkəmizin iradəsindən kənar bölgədə heç bir layihə, istənilən müdaxilələr gerçəkləşə bilməz.

Cənab Prezident Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında ölkəmizin mövqeyini bir daha açıqladı. Bəyan etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Ölkə başçısı Ermənistanın işğalı və təcavüzü nəticəsində xalqımızın yaşadığı məhrumiyyərlərdən söz açaraq söylədi ki, bu ağrını heç zaman unutmayacağıq. İşğaldan azad olunmuş ərazilərə səfərlər edən xarici qonaqlar bu dəhşətli barbarlığı gözləri ilə görürlüər, şəhərlərimiz xarabalığa çevrilib.

Hər şey yerlə-yeksan olunub, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən ağır zərbə endirilib. Xalqımızın, eləcə də bütün dünya müsəlmanlarının hissləri təhqir olunub, milli-mədəni abidələrimiz, 65 məscid dağıdılıb və müqəddəs yerlərdə donuz saxlayıblar.

Azərbaycan beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdi. Prezident beynəlxalq qurumların fəaliyyətsizliyinə də toxunaraq vurğuladı ki, əgər torpaqlarımızı hərbi yolla azad etməsəydik, bu qətnamələr 27 il də kağız üzərində qalardı. Ərazi bütövlüyü və suverenliyin tam bərpası xalqımızın iradəsinin təzahürü idi.

Cənab Prezident çıxışında Azərbaycan-ABŞ münasibətlərinə də aydınlıq gətirdi. Azərbaycan və ABŞ milli təhlükəsizlik maraqlarına əsaslanaraq qlobal çağırış və təhdidlərə, beynəlxalq terrorizmə, onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər. Ölkəmiz Vaşinqtonun yaratdığı antiterror koalisiyasına qoşulan və Əfqanıstanda sülhməramlı missiyada iştirak edən, eyni zamanda, bu ölkədəki koalisiya qüvvələrinin təchizatı üçün hava dəhlizini təmin edən ilk NATO üzvü olmayan ölkələr sırasında olub. Lakin ənənəvi olaraq böyük ölçüdə erməni lobbisi tərəfindən dəstəklənən Co Bayden administrasiyanın gəlişi ilə Azərbaycana təzyiqlər göstərilməyə başladı. Qəbuledilməz bəyanatlar, təhdidlər və şantajlar, eləcə də hələ 1992-ci ildə ölkəmizə qarşı qəbul edilmiş bədnam 907-ci bəndinə əsasən sanksiyaların bərpası – Baydenin dörd illik hakimiyyəti Bakıda bununla yadda qalacaq.

Azərbaycan Bayden administrasiyasının ona münasibətindən və Bakının maraqlarını nəzərə almadan Qafqazda süni bölücü xətlər yaratmaq cəhdindən dərin məyus oldu. Bu yanaşma ədalətsiz olmaqla yanaşı, həm də regionda qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında əlavə çətinliklər yaratdı.

Əlbəttə, ABŞ-Azərbaycan münasibətlərinə bəzi Konqres üzvləri və senatorları erməni lobbisinin dəstəyi ilə ölkəmizı qarşı qeyri-konstruktiv mövqe tutmaları da böyük rol oynadı. Bu, xüsusilə Erməni Milli Komitəsi Amerikada (ANCA) və digər erməni diaspor təşkilatlarının təsiri altında olan siyasətçilər arasında daha çox müşahidə olunur. Bu istiqamətdə daha çox Adam Şif, Frenk Pallone, Nensi Pelosi fərqlənirlər.

Prezidentin XII Qlobal Bakı Forumunda çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri