Icma.az
close
up
RU
Tahir Süleymanov Yunis Hüseynova yubiley təbriki: Seul 88 in qalibi o olmalı idi

Tahir Süleymanov Yunis Hüseynova yubiley təbriki: Seul 88 in qalibi o olmalı idi

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün futbol veteranı Yunis Hüseynovun 60 illik yubileyidir. 

Fanat.Az xəbər verir ki, beynəlxalq dərəcəli hakim, sabiq FİFA referisi Tahir Sülemanov özünün sosial şəbəkə hesabında paylaşım edərək təcrübəli məşqçini təbrik edib:

"Zaman tez keçir... Təvəllüdümüzdə bir il fərq görünsə də, reallıqda bir ay müddət ayırır. Yaşıd olmağımız futbolda paralel addımlamaığmızı şərtləndirmişdi. Birimiz referi, digərimiz futbolçu kimi... İllərimiz, gəncliyiniz yaşıl meydanlarda keçdi...

Yunis Hüseynov fantastik istedada malik idi.
Texnikası, meydanı görmək qabiliyyəti, çevikliyi, yaradıcılığı, liderlik keyfiyyətləri meydanboyu istədiyi oyunu göstərməyə imkan yaradırdı. "Solaxay"ın cərimə zərbələri həmişə "doqquzluğu" nişan alırdı...

"7 nömrə" hər zaman gülərüzlüyü, zarafatçılığı ilə yanaşı ağırlığı, qarşılıqlı özünəhörməti ilə seçilirdi. İllər keçsə də, bu gün də belədir...

Yunis Hüseynov gənc yaşlarından artıq "Neftçi"də parladı, 80-ci illərin ortalarından mini Çempionlar liqası sayılan SSRİ çempionatının güclülər liqasında çıxış etdi. Olimpiya yığmasının üzvü Seul-88-in də çempionu olmalıydı. Olmadı, imkan vermədilər...

Müstəqillik illərinizdə Yunis Hüseynov və komanda yoldaşları daxili çempionatda "tək ayaqla" futbol oynayırdılar. Çempionatda şəraitsizlik və səviyyə fərqi özünü açıq-aşkar göstərirdi. Bir çox bacarıqlı futbolçular kimi, ölkəni tərk etmədi. Yunis Hüseynov birmənalı olaraq, nəinki Türkiyə, Avropanın aparıcı liqalarında oynamağa layiq istedada malik idi. 

İllər keçdi... 

Bu gün artıq dəyərli yaşıdım 60 illik yubileyini qeyd edir. Dəyişməz simasını qoruyan Yunis Hüseynova ən azı özü səviyyəsində futbolçularla çalışmağı arzu edirəm. Azərbaycan futbolunun Yunis Hüseynov kimi yeni-yeni istedadlara böyük ehtiyacı var..."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri