Tahsin Ertuğruloğlu: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarıq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 22 aprel, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin Lefkoşaya verdiyi dəstəyi yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, Antalya Diplomatiya Forumunun nəticələrini şərh edən Ertuğruloğlu Şimali Kipr xalqının hüquqlarını müdafiə etmək uğrunda mübarizədə ŞKTC hakimiyyətinin üzləşdiyi təzyiq və embarqolara diqqət çəkib.
“Hazırkı vəziyyətdə Antalya Diplomatiya Forumu kimi platformalar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq ictimaiyyət Kiprin iki dövləti və iki xalqı olduğunu qəbul etməlidir”, - deyə Şimali Kipr diplomatiyasının rəhbəri bildirib.
Nazir, həmçinin Antalyadakı forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir daha ifadə edilən mövqeyini vurğulayıb. “Buna görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, - deyə o bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycana ünvanlanan bu minnətdarlıq sözləri Şimali Kipr mediasında da öz əksini tapıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 22 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















