Şimali Kiprə dəstəyinə görə İlham Əliyevə təşəkkürümü bildirirəm
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprə dəstək bəyanatını yüksək qiymətləndirib.
SİA xəbər verir ki, ŞKTC lideri Azərbaycan dövlət başçısının ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını yüksək dəyərləndirib.
“Azərbaycan Prezidentinin bu bəyanatı bizi çox sevindirdi. ŞKTC-yə verdiyi güclü dəstəyə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm”, - deyə Ersin Tatarın ŞKTC Prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunur.
Siyasətçi Azərbaycanla münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib, iki xalqı birləşdirən ortaq dəyərləri və qırılmaz bağları vurğulayıb.
Ersin Tatar bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın qardaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə də davam edəcəyinə və əsrlər boyu sürəcəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Aprel 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















