Icma.az
close
up
RU
Tailand 10 il həbsdə saxladığı 40 uyğuru Çinə deportasiya edib

Tailand 10 il həbsdə saxladığı 40 uyğuru Çinə deportasiya edib

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tailand 10 il həbsdə saxladığı 40 uyğuru Çinə deportasiya edib


Tailand insan haqları qruplarının işgəncə və hətta ölüm cəzası ilə üzləşə biləcəkləri barədə xəbərdarlıqlarına baxmayaraq həbsxanada saxladığı 40-dan yuxarı uyğuru Çinə deportasiya edilib.

Çin insanlığa qarşı cinayətlərdə və Sincanda uyğurlara və digər müsəlman etnik qruplara qarşı mümkün soyqırımda ittiham olunur, lakin Pekin bütün ittihamları rədd edir.

Bu, 2015-ci ildən bəri uyğurların Tailanddan ilk deportasiyasıdır. Onların ölkədən çıxarılması qərarı ABŞ və Birləşmiş Millətlər Təşkilatında ciddi narahatlıq yaradıb.

Tailand mediası bildirib ki, şüşələri qaralmış bir neçə yük maşını cümə axşamı səhər tezdən Banqkokdakı əsas miqrant saxlama mərkəzini tərk edib. Bir neçə saat sonra Flightradar24 Çin Cənubi Hava Yollarının Banqkokdan Sincana planlaşdırılmamış uçuşunu qeydə aldı.

Tailand hökuməti daha sonra 40 uyğuru 10 ildən çox saxlanıla bilmədiyi üçün Çinə qaytarmaq qərarına gəldiyini bildirib. Bundan əvvə isə heç bir üçüncü ölkə, o cümlədən əvvəllər uyğurlara sığınacaq verən Türkiyə onlara sığınacaq təklif etməyib.

Hazırda Tailandda səkkiz uyğur qalıb, onlardan beşi həbsdə olarkən törətdikləri cinayətlərə görə həbs cəzasını çəkir.

Tailand səlahiyyətliləri həmçinin bildiriblər ki, baş nazir Patongtarn Shinawatra Çinə son səfəri zamanı deportasiya edilən uyğurların təhlükəsiz olacağına dair təminat alıb.

"Dünyanın istənilən ölkəsində hərəkətlər hüquq prinsiplərinə, beynəlxalq prosedurlara və insan hüquqlarına uyğun olmalıdır", - Şinavatra bildirib.

Pekin 40 qeyri-qanuni miqrantın Tailanddan geri qaytarıldığını təsdiqləyib, lakin onların uyğur olduqlarını etiraf etməkdən imtina edib.

"Repatriasiya Çin və Tailand qanunlarına, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirilib", - Çin Xarici İşlər Nazirliyi bildirib.

Çin dövlət mediası deportasiya edilənlərin "cinayətkar təşkilatlar tərəfindən aldadıldığını" və Taylandda qapalı qalmadan əvvəl ölkəni qanunsuz olaraq tərk etdiklərini bildirib.

Deportasiya edilənlər 2014-cü ildə Sincanda təqiblərdən qaçmaq istəyərkən Tailand sərhəddində saxlanılan 300 uyğur arasında olub. Onların bəziləri Türkiyəyə göndərilib, lakin bir çoxu 2015-ci ildə Çinə deportasiya edilib və hökumətlər və insan haqları qruplarının geniş etirazına səbəb olub.

Uyğurların saxlandığı Banqkok təcridxanası antisanitar şəraiti və həddindən artıq sıxlığı ilə məşhurdur. Beş uyğur həbsdə ölüb.Cümə axşamı Human Rights Watch bildirib ki, deportasiya edilən uyğurlar işgəncə, məcburi yoxa çıxma və illərlə həbslə üzləşə bilərlər.

HRW-nin Asiya üzrə direktoru Elaine Pearson, "Uyğur məhbuslarının Çinə təhvil verilməsi Taylandın daxili və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinin kobud şəkildə pozulmasıdır" dedi.

"Dünənə qədər Tailandın yüksək səviyyəli rəsmiləri açıq şəkildə əmin edirdilər ki, bu insanlar Çinə, o cümlədən müttəfiqlərə və BMT rəsmilərinə göndərilməyəcək" dedi.

Asiya İnsan Haqları və Əmək Vəkilləri (AHRLA) vəkillik qrupunun rəhbəri Phil Robertson deyib ki, deportasiya mövcud Tailand hökumətinin avtoritar rejimlərlə əməkdaşlıq baxımından əvvəlkindən fərqli olması mifini darmadağın edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International deportasiyaları “ağlasığmaz dərəcədə qəddar” adlandırıb.

Cümə axşamı ABŞ dövlət katibi Marko Rubio Tailandı deportasiyalara görə qınadı və bütün ölkələri uyğurları qorumağa və onları Çinə geri göndərməməyə çağırdı.

O, Çini Sincanda uyğurlara və digər müsəlman azlıqlara qarşı soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham edib.BMT deportasiyalardan "dərin təəssüfləndiyini" bildirib.

Sincanda 12 milyona yaxın uyğur yaşayır və onların böyük əksəriyyəti müsəlmandır. Onlar türkcəyə oxşar uyğur dilində danışır, mədəni və etnik baxımdan özlərini Orta Asiya xalqlarına yaxın hesab edirlər. Bununla belə, uyğurlar Sincan əhalisinin yarıdan azını təşkil edir.

Son onilliklər ərzində bölgəyə han çinlilərinin kütləvi axını müşahidə olunub. Hüquq müdafiəçilərinin fikrincə, uyğur kimliyini məhv etmək üçün hakimiyyət düşünülmüş şəkildə bölgəyə çinliləri köçürür.

Çin həmçinin müsəlman din xadimlərini təqib etməkdə, dini ayinləri qadağan etməkdə, məscidləri və tarixi dəfn yerlərini dağıtmaqda ittiham olunur.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 06 Mart 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri