Tailand məhkəməsi iki uyğuru edam cəzasına məhkum edib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tailand məhkəməsi bu gün Çinin Sincan bölgəsindən olan iki etnik uyğuru 2015-ci ildə Banqkokun mərkəzində 20 nəfərin ölümü ilə nəticələnən partlayışın təşkilində təqsirli bilərək ölüm cəzasına məhkum edib.
Bakıvaxtı.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin bəyanatında bildirilib.
Qeyd edilib ki, hər iki təqsirləndirilən şəxsin əməlləri bir neçə ağır cinayəti, o cümlədən Tailand qanunvericiliyinə görə ölüm cəzası nəzərdə tutulan qəsdən adamöldürmə cinayətini ehtiva edib.
Məhkum olunanlardan birinin vəkili jurnalistlərə bildirib ki, bir ay ərzində hökmdən şikayət vermək niyyətindədirlər.
Qeyd edək ki, terror aktı Tailand paytaxtının ən çox ziyarət edilən turistik məkanlarından biri olan Eravan məbədində baş verib. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 120 nəfər yaralanıb. Qurbanlar arasında beş Çin vətəndaşı və iki Honkonq sakini olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 İyun 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















