Icma.az
close
up
RU
Taksi bazarında xaos: Qiymət artımı qaçılmaz olacaq Ekspert

Taksi bazarında xaos: Qiymət artımı qaçılmaz olacaq Ekspert

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bu məsələ düzgün şərh olunmayıb. Sumqayıtda qeydiyyatdan keçən taksi sürücüsü yalnız Sumqayıt şəhəri ətrafında xidmət göstərə bilər, bu doğrudur. Eyni zamanda Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Buna qadağa yoxdur.

Bakupust.az xəbər verir ki, bu sözləri Yeni Sabah-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.

O qeyd edib ki, tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçib Sumqayıta gedib orada xidməti aktiv etmək olmaz:

“Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Sadəcə Bakıdan müştəri götürə bilməz. O, müştərini Bakıya gətirib çatdırıb təzədən Sumqayıta qayıtmalıdır və orada işini davam etdirməlidir.

Eyni zamanda Bakıdakı sürücü də Sumqayıta müştəri olsa rahat şəkildə apara bilər. Tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçən sürücü Sumqayıtda xidməti aktiv edə bilməyəcək. Çünki sürücünün qeydiyyatı hansı ərazi üzrədirsə, taksi tətbiqində də fəaliyyəti yalnız həmin ərazi üçün aktivləşir.

Təbii ki, bundan bəziləri narazıdır. Onlar istəyir hər yerdə xidmət göstərsinlər. Amma dövlətin qoyduğu qayda-qanun budur. Bu qaydalara əsasən, Bakı şəhəri üçün taksi kvotası 25 min olaraq müəyyən edilib. Hazırda isə bu rəqəm 40 mini keçib. Dövlət islahatlar aparır ki, Bakıda taksilərin sayı mərhələli şəkildə 25 minə düşsün. Bu, təbii proses olacaq və bu gün-sabah kiminsə buraxılış kartı ləğv edilməyəcək.

Nəzərə almaq lazımdır ki, sürücülərin bir qismi Bakıdan kənarda - Sumqayıt, Abşeron və digər ərazilərdə yaşayır. Onlar qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərməlidirlər. Qanunla proses məhz bu cür tənzimlənir. Hazırkı qanunvericiliyin tələbi ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçmiş taksi Bakıda fəaliyyət göstərsin. Eyni ilə Sumqayıt, Xaçmaz və ya Şirvanda qeydiyyatda olan taksilər isə həmin ərazilərdə işləməlidir”.

E. Muradlı bu islahatların qiymətlərə müəyyən təsir göstərəcəyini deyib:

“Əgər Bakıda taksilərin sayı 25 minə endirilsə, qiymət artımı qaçılmaz olacaq. Bu, sürücülərin bir qisminin də arzuladığı məsələdir. Amma 40 minə yaxın taksini birdən-birə 25 minə salmaq mümkün deyil, bu yalnız zamanla baş verə bilər. Hazırda vəziyyət belədir ki, təxminən 15 min nəfər sadəcə sənəd alıb, amma aktiv fəaliyyət göstərmir. Bəziləri bunu ehtiyat variant kimi saxlayır.

AYNA-nın apardığı yoxlamalar göstərir ki, Bakı şəhəri üzrə faktiki olaraq aktiv taksi xidməti göstərənlərin sayı 22 min civarındadır. Məhz bu rəqəmə əsaslanaraq 25 minlik kvota normal hesab olunur. Biz bu məsələni AYNA rəhbərliyi və digər qurumlarla müzakirə etmişik ki, əsas dolanışıq mənbəyi taksi fəaliyyəti olan insanlar kənarda qalmasın. Elə ailələr var ki, bir neçə nəsildir bu peşə ilə məşğuldur. Arzumuz odur ki, kvota təsdiqlənərkən bu cür sürücülərə müəyyən güzəştlər tətbiq olunsun.

Axşamlar əlavə qazanc üçün taksi sürənlərlə, günün 12–14 saatını bu işə sərf edənləri eyniləşdirmək düzgün deyil. Təbii ki, daimi peşə kimi taksi fəaliyyətini seçən sürücülərə üstünlük verilməlidir”.

Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri