Icma.az
close
up
RU
Yayda qiymət artımı normaldır Ekspert

Yayda qiymət artımı normaldır Ekspert

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Yay mövsümünün başlaması ilə hotellərdə qiymətlərin artması hər il müşahidə olunan əsas tendensiyalardan biridir. Turist axınının çoxalması, tələbin yüksəlməsi və mövsümi sıxlıq bu dəyişikliklərin əsas səbəbləri kimi göstərilir. Lakin artan qiymətlərin təqdim olunan xidmət keyfiyyəti ilə nə dərəcədə uyğun olduğu hər zaman müzakirə mövzusu olaraq qalır. Bu məsələdə həm istehlakçı məmnuniyyəti, həm də sektorun qiymət siyasəti ön plana çıxır.
Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, yay mövsümü ümumilikdə yalnız bizim ölkədə deyil, dünyanın bir çox yerində mövsümi olaraq qiymət artımının müşahidə olunduğu dövrdür:
"Xüsusilə turizm bölgələrində əsas mövsüm yay sayıldığından otel qiymətləri bu dövrdə yüksəlir, eyni zamanda aviabiletlərin qiymətinə də təsir göstərir. Məsələn, müəyyən bir istiqamət üzrə qeyri-yay aylarında 10 manat olan bilet yay mövsümündə 12, 13, hətta 15 manata qədər yüksələ bilir. Bu isə bəzi hallarda 50 faizə yaxın qiymət artımı deməkdir.
Eyni vəziyyəti otellər üzrə də müşahidə etmək mümkündür. Yay mövsümündə tələbatın artması, insanların məzuniyyətə çıxması, məktəblərin bağlanması və ümumilikdə səyahətlərin çoxalması qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə paytaxtda yaşayan insanların bölgələrə üz tutması nəticəsində regionlarda da otel qiymətləri artır. Bu baxımdan qiymət artımı müəyyən mənada normal qarşılanır, çünki bu, yüksək mövsümün yaratdığı tələbatla bağlıdır.
Xidmət keyfiyyəti məsələsinə gəldikdə isə hər otel bu qiymət artımına uyğun səviyyədə xidmət təqdim etmir. Bu, reallıqdır. Bəzi otellər konsepsiyalarına uyğun olaraq stabil və keyfiyyətli xidmət göstərsələr də, qiymət dəyişiklikləri onların ümumi xidmət səviyyəsinə ciddi təsir etmir. Lakin zəif xidmət göstərən otellər qiymət artsa da, artmasa da eyni səviyyədə qalır və keyfiyyət baxımından dəyişiklik nümayiş etdirmir",- deyə ekspert bildirib.
Yəni, yayda hamı istirahətə qaçdığı üçün hotellər qiymətləri qaldırır, amma ödədiyimiz yüksək məbləğin qarşılığında aldığımız xidmət çox vaxt bizi məyus edir.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri