Taksi işləyənlərin cərimələnməsinə başlanıldı FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirənlər cərimə edilir.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən qaydanı pozan taksi sürücüləri İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən, 50 manat məbləğində cərimələnirlər.
Xatırladaq ki, aprelin 10-da paytaxtın Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. "Bolt" taksi xidmətində istifadə olunan avtomobil yüksək sürətlə körpünün istinad divarlarına çırpılıb.
Hadisə iki nəfər xəsarət alıb. "Bolt" isə qəzanı törədən avtomobilin buraxılış kartının aprelin 8-də ləğv olunduğunu açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Baxış sayı:125
Bu xəbər 11 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















