Gəncədə taksi sürücüsü bıçaqlandı FOTO
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlan ərazisində qeydə alınıb.
Belə ki, iki nəfərin arasında düşən mübahisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməlliyat edilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tural Əhmədov
Baxış sayı:97
Bu xəbər 05 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















