Icma.az
close
up
RU
Taksi qiymətləri bahalaşacaq? Bolt Azərbaycanda SÜRÜCÜLƏRİ KÜTLƏVİ BLOKLADI

Taksi qiymətləri bahalaşacaq? Bolt Azərbaycanda SÜRÜCÜLƏRİ KÜTLƏVİ BLOKLADI

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bolt" taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.
Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.

Maraqlıdır, "Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?

Eldəniz Cəfərov
Suallarımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az"a açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:
‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.
Məsələnin kökü ondan ibarətdir ki, vaxtilə Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan insanlarla yanaşı, bu xidmətdən əyləncə məqsədilə istifadə edən vətəndaşlar da vardı. Nəticədə onlar vəziyyətdən sui-istifadə edirdilər və qanunda boşluqlar mövcud idi. Taksi şirkətləri hər kəsi taksi sürücüsü kimi dəvət edirdilər və burada qanunsuz əməllər baş verirdi. Bu səbəbdən şikayətlər hədsiz dərəcədə çoxalmışdı. Ölkədə fəaliyyət göstərən xarici taksi operator şirkətləri isə bu şikayətlərə əhəmiyyət vermirdilər. Sertifikatı olmayan, müvafiq kursu keçməyən, meyarları uyğun gəlməyən sürücülərin həmin taksi şirkətlərində qeydiyyatdan keçməsi qadağandır’’.
Ekspert diqqətə çatdırıb ki, şirkət operatorları hansısa şəxsin meyarlara uyğun gəlmədiyi halda onunla işləyərsə, taksi operatorları külli miqdarda cərimə oluna bilər:
''Təəssüf ki, bəzi taksi şirkətlərinin operatorları sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqədardır’’.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri