Icma.az
close
up
RU
Taksi sürücüləri müştəri üstündə dava etdilər TƏFƏRRÜAT

Taksi sürücüləri müştəri üstündə dava etdilər TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Pirallahı rayonunda taksi sürücülərinin müştəri üstündə mübahisəsi cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində baş verib. 
1969-cu il təvəllüdlü Akif həmin küçədə yerləşən “Göyçə” kafesinin arxasında Məsim (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub. 
Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, birinci Qarabağ döyüşlərində yaralanıb, 2-ci qrup əlildir: “Hadisə günü Qala istiqamətindən üzü Pirallahı qəsəbəsinə hərəkətdə olduğum zaman “Göyçə” kafesinin qarşısında dayanacaqda 2 nəfərin şəhər istiqamətinə dayandığını gördüm. Mən yolun əks istiqamətində dayanmışdım. Həmin 2 nəfəri şəhərə aparmaq üçün çağırdım. Həmin vaxtı dayanacağın qarşısında olan “KİA” markalı avtomobil sürücüsü, sonradan adını bildiyim Məsim avtomobilin içərisindən mənə “lazım olsa, 2 nəfəri mən götürərəm” sözlərini dedi. Buna görə də aramızda söz mübahisəsi baş verdi. Həmin 2 nəfərdə başqa avtomobilə əyləşərək getdi. Bu zaman Məsim “dayan gəlirəm” deyərək qarşıdan manevr etdi və yanıma gəldi.  Avtomobili yolun kənarında saxlayaraq yerə düşdü. O, məni yanına çağırdı, aramızda yenə söz mübahisəsi oldu. Biz “Göyçə” kafesinin arxasına çəkildik. Kafenin arxasında mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruqla vurdum. Mən Məsimi vurandan sonra oradan getdim”.
Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. 
Məhkəmənin hökmü ilə Akifin zərərçəkmiş şəxs ilə barışması, ona qarşı şikayətinin olmaması səbəbindən barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri