Icma.az
close
up
RU
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər TƏFƏRRÜAT

Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər TƏFƏRRÜAT

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Pirallahı rayonunda taksi sürücülərinin müştəri üstündə mübahisəsi cinayətlə nəticələnib.  Avtosfer.az-ın məlumatına görə, hadisə rayonunun Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində baş verib.  1969-cu il təvəllüdlü Akif həmin küçədə yerləşən “Göyçə” kafesinin arxasında Məsim (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruq zərbəsi ilə qəsdən vurub. Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, birinci Qarabağ döyüşlərində yaralanıb, 2-ci qrup əlildir: “Hadisə günü Qala istiqamətindən üzü Pirallahı qəsəbəsinə hərəkətdə olduğum zaman “Göyçə” kafesinin qarşısında dayanacaqda 2 nəfərin şəhər istiqamətinə dayandığını gördüm. Mən yolun əks istiqamətində dayanmışdım. Həmin 2 nəfəri şəhərə aparmaq üçün çağırdım. Həmin vaxtı dayanacağın qarşısında olan “KİA” markalı avtomobil sürücüsü, sonradan adını bildiyim Məsim avtomobilin içərisindən mənə “lazım olsa, 2 nəfəri mən götürərəm” sözlərini dedi. Buna görə də aramızda söz mübahisəsi baş verdi. Həmin 2 nəfərdə başqa avtomobilə əyləşərək getdi. Bu zaman Məsim “dayan gəlirəm” deyərək qarşıdan manevr etdi və yanıma gəldi.  Avtomobili yolun kənarında saxlayaraq yerə düşdü. O, məni yanına çağırdı, aramızda yenə söz mübahisəsi oldu. Biz “Göyçə” kafesinin arxasına çəkildik. Kafenin arxasında mübahisə zamanı Məsimin sifət nahiyəsinə yumruqla vurdum. Mən Məsimi vurandan sonra oradan getdim”.

Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Akifin zərərçəkmiş şəxs ilə barışması, ona qarşı şikayətinin olmaması səbəbindən barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib (Demokrat.az).

Oxunub 44

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Yanvar 2026 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri