Icma.az
close
up
RU
Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.

Bu, xüsusilə uşaqlarını taksi ilə göndərən valideynlər üçün ciddi narahatlıq yaradır, həmçinin sifariş məlumatlarının dəqiq olmaması sərnişinlərdə çaşqınlıq doğururdu.

Artıq bu problemə texnoloji həll tapılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Sima” vasitəsilə bu məsələni aradan qaldırmağa hazırlaşır.


Sfera.az bildirirki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a bildirib ki, “Sima” rəqəmsal identifikasiya tətbiqi sürücülərin şəxsiyyətini təsdiqləmək üçün istifadə olunacaq:

“Sürücüyə tətbiq vasitəsilə sorğu göndəriləcək və o, “Sima” proqramına daxil olaraq özünü identifikasiya edəcək. Üz tanıma sistemi ilə həyata keçirilən bu proses nəticəsində artıq başqa bir şəxs fərqli sürücünün məlumatları ilə taksi fəaliyyəti göstərə bilməyəcək. Bu, həm sərnişinlərin təhlükəsizliyi, həm də xidmət keyfiyyətinin artırılması baxımından çox vacib addımdır.”

Ekspert əlavə edib ki, bu yenilik maşınların bir-bir saxlanılıb sürücülərin yoxlanılması ehtiyacını da aradan qaldıracaq. Yeni texnologiya daha effektiv və müasir yanaşmadır.

Bundan başqa, sistem peşəkar və təcrübəli taksi sürücülərinin fəaliyyətinə də dəstək olacaq. Çünki taksidən qeyri-peşəkar məqsədlərlə istifadə edib narahatlıq yaradan şəxslər bu xidmətdən kənar qalacaq və nəticədə peşəkar sürücülər üçün daha sağlam iş şəraiti formalaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyul 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see358

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see325

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see320

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see305

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see296

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see286

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see269

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see259

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see257

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see254

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see248

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see242

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see242

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see233

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see230

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see228

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see200

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see196

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri