Dövlət satınalmalarında yeni imkan sənədlər SİMA İmza ilə təsdiqlənəcək
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portal istifadəçiləri sənədləri elektron qaydada imzalayarkən digər üsullarla yanaşı,SİMA İmzadan daistifadə edə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) sənədlərin SİMA İmza vasitəsilə imzalanması imkanı yaradılıb.
Bu barədə Marja-ya Dövlət Agentliyindən bildirilib.
İndiyədək portalda sənədlərin elektron qaydada imzalanması zamanı ASAN İmza və SİMA Token-dən istifadə imkanı təmin edilmişdi. Artıq mövcud üsullarla yanaşı, SİMA İmzanın da tətbiqi mümkündür.
Hazırda təchizatçı şirkət rəhbərinin şirkətin maliyyə hesabatını, eləcə də Dövlət Vergi Xidmətindən arayışın əldə olunması ilə bağlı müraciəti SİMA İmza vasitəsilə imzalaması imkanı portalda mövcuddur.
Bu, sənədlərin elektron qaydada imzalanması prosesinin sadələşdirilməsinə, satınalma iştirakçılarının vaxt itkisinin və əməliyyat yükünün azaldılmasına, prosesin daha çevik həyata keçirilməsinə şərait yaradır. Bundan əlavə, portalda elektron imza vasitələrinin sayının artırılması istifadəçilərə uyğun imza üsulunu seçmək imkanı verir və elektron xidmətlərdən istifadə əlçatanlığını genişləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















