Icma.az
close
up
RU
Taksi sürücülərinin imtahan sistemi nə dərəcədə effektivdir? EKSPERT AÇIQLADI

Taksi sürücülərinin imtahan sistemi nə dərəcədə effektivdir? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün taksi sürücüləri üçün imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib. Bu barədə DİM məlumat yayıb. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bu testlər sürücülərin normativ-hüquqi biliklərini, etik davranış qaydalarını və peşə hazırlığını yoxlamağa xidmət edir. Artıq minlərlə sürücü bu prosesə cəlb olunub və imtahandan uğurla keçənlərə 7 il müddətinə etibarlı şəhadətnamə təqdim olunur.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təxminən bir ildir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülərin imtahana cəlb edilməsi prosesi həyata keçirilir:

“Bu müddətin ilk altı ayı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunub. Daha sonra Dövlət İmtahan Mərkəzi (DİM) bu prosesə qoşulub və imtahanlar demək olar ki, hər ay keçirilir. Bu, qanunvericiliyin tələbinə əsaslanır və burada şəxsi maraq mövcud deyil. Sürücülərin əksəriyyəti imtahanlarda iştirak etsə də, müəyyən hissəsi bu prosesə ya inamsız yanaşır, ya da ümumiyyətlə iştirak etmək istəmir.

 Bəzi şəxslər hesab edir ki, imtahanda iştirak etmədən də taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin bu yanaşma mövcud normativ-hüquqi aktlara ziddir. Artıq aidiyyəti qaydalar təsdiqlənib qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qaydalar tələb edir ki, hər bir sürücü taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə, mütləq imtahandan keçməlidir”.

Ekspert qeyd edib ki, imtahanı müvəffəqiyyətlə başa vuran sürücünün avtomobili texniki cəhətdən saz vəziyyətdə olmalı, sağlamlıq haqqında arayış və narkoloji testin nəticəsi təqdim edilməlidir: 

“Bu sənədlər qaydasında olduqda, sürücüyə taksi buraxılış vərəqəsi və buraxılış kartı verilir. Bu sənədlər 7 il müddətinə qüvvədə olur və həmin müddət bitdikdən sonra yenilənir. Hazırda imtahanların nəticələri cəmiyyət tərəfindən daha normal qarşılanır. Ümumilikdə bu islahat taksi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına yönəlib və burada başqa bir məqsəd yoxdur. 

Artıq müşahidə olunur ki, bu proses nəticəsində sağlamlığı imkan verməyən, narkotik maddələrdən asılılığı olan və intizamsız davranış sərgiləyən sürücülər fəaliyyət sahəsindən kənarda qalıb. Bu isə islahatın effektiv nəticə verdiyini göstərir. Gələcəkdə bu prosesin daha müsbət nəticələr verəcəyi gözlənilir”.(informator.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri