Icma.az
close
up
RU
Taksi sürücülərinin tətili nəticə verəcək? AÇIQLAMA

Taksi sürücülərinin tətili nəticə verəcək? AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yerli KİV-də yayılan məlumatlara görə, aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək. Onlar taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. Ancaq qiymətlərin artırılması sərnişinləri razı salmayacaq ki, bu da təzadlıq yaradır. Maraqlıdır, məsələ necə balanslaşdırılacaq? Taksilərin tətili nəyisə həll edə biləcək?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında taksi sürücülərinin üç əsas problemindən danışıb:

“Birincisi, taksi şirkətlərinin onların qeyri-nağd ödəmələrini vaxtında çatdırmaması və ya ümumiyyətlə verməməsidir. Bu səbəbdən də taksi sürücüləri ilə sərnişinlər arasında problemlər yaşanır. Taksi sürücüləri bəzən qeyri-nağd ödənişləri görəndə sərnişindən imtina edirlər. İkinci səbəb isə taksi şirkətlərinin bu gün sürücülərinin hüquqlarını tapdalamalarıdır. Onları sutka ərzində normadan çox işləməyə məcbur edirlər və müəyyən şirnikləndirici kampaniyalarla cəlb edirlər. Nəticədə taksi sürücüləri bəzən 14-16 saat işləməli olurlar. Üçüncü məsələ isə taksi şirkətlərinin taksi sürücülərindən aldığı komissiya haqqıdır ki, bu, 25 faizə qədər yüksəlib. Əgər, həqiqətən də, taksi sürücüləri öz rifahlarını düşünürlərsə, onda onlar taksi şirkətləri qarşısında bu məsələni qaldırmalıdırlar ki, onlardan alınan komissiya haqqı azaldılsın”.

E.Cəfərov deyib ki, bu tələblər həmin tələblər sırasında yoxdur və elə buna görə də onun fikrincə, bu boykot kampaniyasından qazanan tərəf taksi şirkətləri olacaq:

“Taksi sürücüləri bizim vətəndaşlarımızdır və biz özümüz onların hüquqlarını qorumalıyıq. Müvafiq qurumlar da taksi şirkətləri qarşısında məsələ qaldırmalıdırlar ki, onlara ödənilən qeyri-nağd hesablar vaxtında qaytarılsın, taksi sürücüləri sutka ərzində 14-16 saat işləməyə məcbur edilməsinlər və taksi sürücülərindən alınan komissiya haqları azaldılsın. Düşünürəm ki, biz bu istiqamətdə fokuslansaq, daha yaxşı olar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri