Taksi sürücülərinin xanımlara əxlaqsız təkliflər etməsi psixoloji problemlərlə bağlıdır AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Son zamanlar "Bolt" taksi sürücüləri arasında sərnişinlərə narahatlıq yaradanların olması barədə xəbərlərə tez-tez rast gəlirik. İddialara görə, həmin sürücülər avtomobili idarə edərkən qeyri-etik hərəkətlər edir, xanımlara əxlaqsız təkliflər edir və s.
Bu kimi hallara qarşı hansı tədbirlər görülə bilər? Ümumiyyətlə sürücülər işə götürülərkən onlarla psixoloji söhbət edilirmi və yaxud edilməlidirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, bu məsələ mətbuatın araşdırma mövzusu olmamalıdır.
"Yanaşma bu cür olmamalıdır. Ümumilikdə, bunlar insan faktoru ilə əlaqəlidir. Bu, sosial problemdir, şirkət problemi deyil. Şirkət tərəfindən insanlar kütləvi şəkildə işə cəlb olunurlar. Hər bir işçini psixoloji və əxlaqi testdən keçirmək imkanı məhduddur. Bu, çox ciddi və dərin problemdir".
Ekspert qeyd etdi ki, şirkət işə götürərkən işçini etik kodekslə tanış edir və onunla müqavilə bağlayır.
"İşçi işə qəbul olmaq üçün bütün şərtlərlə razılaşır. “Bolt” və “Uber” transmilli, beynəlxalq şirkətlərdir. Adətən, şikayət daxil olan kimi həmin şəxslər müəyyən müddətlik işdən uzaqlaşdırılır. Bu hal bir neçə dəfə təkrarlanarsa, həmin şəxs işdən tam uzaqlaşdırılır. Belə hallar, əsasən, psixoloji problemlərlə bağlıdır", - deyə İ.Hüseynli bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















