Icma.az
close
up
RU
Taksi sürücüsü borclu olduğu şəxsin üstündən avtomobillə keçdi TƏFƏRRÜAT

Taksi sürücüsü borclu olduğu şəxsin üstündən avtomobillə keçdi TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Qaradağ rayonunda 1985-ci il təvəllüdlü Nahid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 12 avqust 2023-cü ildə baş verib. Şuşa şəhər sakini Nahid həmin gün saat 03:09-da tanışı Orxan ilə aralarında yaranmış mübahisə zamanı ona səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib. 
Nahid Orxanı cəzalandırmaq məqsədilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qobu Park” Yaşayış Kompleksində binanın yaxınlığına gəlib. O, Orxan ilə rastlaşdıqda avtomobili onun üzərinə sürüb və avtomobillə Orxanı vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Nahidin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Orxanı hadisədən beş-altı ay əvvəl tanıyıb: "Hadisəyə səbəb Orxanın mənə qarşı nalayiq ifadələr işlətməsi olub. Orxanı maşınla qəsdən vurmamışam. Orxan özünü  avtomobilimin altına atıb. Hadisə gecə saat 03:00-da baş verib.Mənim Orxan ilə ədavətim olmayıb. Orxan xəstəxanada olanda mənə təhdid mesajları yazıb. Yüz manatla bağlı deyilənləri sonradan bilmişəm. Mənim avtomobili irəli sürmək imkanım olmayıb. Avtomobilin Orxanın ayağının üstündən keçdiyini bilməmişəm. Orxan üzərimə əlində bıçaqla gəldiyinə görə, məcbur olub avtomobili hərəkət etdirmişəm”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Orxanın sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, ara bir hallarda ayıq sürücü, bəzi hallarda isə icarə əsasında avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olur: “Təqsirləndirilən Nahidi tanıyıram, onunla heç bir narazılıq və ədavətim olmayıb. 11 avqust 2023-cü ildə, gecə saat 22 radələrində Nahidin mobil telefonuna mesaj yazaraq kef-əhval tutdum. Daha sonra Nahiddən mənə olan 100 manat borcunu ödəməsini dedim.Nahid isə telefonda mənə çox acıqlı cavablar verdi.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nahid 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasının əzərə alaraq barəsində təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş edib. 
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 
Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunub. Onun cəzası 3 ilə endirilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri