Icma.az
close
up
RU
“Taksi sürücüsü idim, bir video həyatımı dəyişdi” Pərviz Zeyn

“Taksi sürücüsü idim, bir video həyatımı dəyişdi” Pərviz Zeyn

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“TikTok məni tanıtdı, musiqi isə həyatımı dəyişdi” “İnsanlar taksi sürücülərini yaxşı biri kimi tanımırlar”“Cənab Prezidentin qarşısında mahnı ifa etmək ən böyük arzumdur”

Bir sərnişinin telefon kamerasına çəkdiyi görüntülər onun həyatını dəyişdi. İllər öncə taksi sükanı arxasında əyləşən Pərviz Zeyn Barış Mançonun mahnısını ifa edərkən sosial şəbəkələrdə diqqət mərkəzinə düşdü. Türk bir xanımın paylaşdığı video qısa zamanda yayıldı və onun səsi minlərlə insanın marağına səbəb oldu.

Maraqlıdır ki, İT təhsili alan, uzun müddət fərqli sahələrdə çalışan Pərviz Zeynin musiqi ilə bağlı heç bir peşəkar təhsili yoxdur. Buna baxmayaraq, uşaqlıqdan gələn musiqi sevgisi onu səhnəyə gətirib. Bəs, sosial şəbəkələrdə tanınmaq onun həyatında nələri dəyişib? Taksi sürücülüyündən musiqi fəaliyyətinə uzanan bu yolun arxasında hansı hekayə dayanır?

Sherg.az-ın bugünkü həmsöhbəti Pərviz Zeyn oldu. O müsahibəsində musiqiyə gəlişindən, sosial şəbəkələrdə qazandığı populyarlıqdan, taksi sürücüsü kimi yaşadığı maraqlı hadisələrdən və gələcək arzularından danışdı:

-Pərviz bəy, əslən haralısınız?

-Əslim Astaralıdır, amma mən Bakıda, Əhmədli qəsəbəsində doğulub, böyümüşəm.

-Hazırda da Bakıda yaşayırsınız?

-Bəli.

-Neçə yaşınız var?

-Artıq 38 yaşım oldu.

-Heç musiqi təhsili almısınız, yoxsa bu, Allah vergisidir?

-Xeyr, musiqi təhsili almamışam. Amma mədrəsədə oxumuşam, Quran dərsləri almışam.

-Bəs ümumiyyətlə təhsiliniz hansı sahə üzrədir?

-İT üzrə oxumuşam.

-Hansı janrda mahnılar ifa etməyi sevirsiniz?

-Estrada.

-Özünüzü hansı müğənninin repertuarına daha yaxın hiss edirsiniz?

-Ən çox, Barış Manço və Kayahan tipli ifaçıların mahnılarını sevirəm. Onların musiqisi ruhuma daha yaxındır. Mahnılarında sevgi və digər duyğuları çox gözəl ifadə edirlər.

-Bəs Azərbaycan müğənnilərindən kimlərin yaradıcılığını bəyənirsiniz?

-Azərbaycanda mənim janrıma və zövqümə uyğun olan ifaçı, demək olar ki, yoxdur.

-İndiyədək hər hansı musiqi müsabiqəsində iştirak etmisiniz?

-Uşaqlıqda "Yeni Ulduz" müsabiqəsinə qatılmaq istəmişdim. Amma yaşım çatmırdı. Həmin vaxt 16 yaşım yox idi. Müsabiqəyə qəbul üçün yaş məhdudiyyəti var idi. Mənə də gələn il müraciət etməyi məsləhət gördülər.

-Ailəniz və yaxınlarınız uşaqlıqdan müğənni olmağınızı istəyirdilər?

-Atam qətiyyən, bir mənalı olaraq istəmirdi. Musiqini ciddiyə almırdı. Amma sonrafan gördülər ki, istedadım var, qarışmadılar. 

-Hələ də sürücü kimi fəaliyyət göstərirsiniz?

-Mən taksi sürücüsü kimi cəmi iki ay işlədim. Əslində, maşını satıb dəyişmişdim. Düşündüm ki, taksi sürməklə A nöqtəsindən B nöqtəsinə insanları daşıyaram. Bu peşədə işləməkdə nə var ki? Amma sonradan gördüm ki, bu, çox çətin işdir və səbir, hövsələ tələb edir.

Təəssüf ki, insanlar bəzən taksi sürücülərinə yaxşı münasibət göstərmirlər. Onları yaxşı birisi kimi tanımırlar. Bunda bəzən sürücülərin də günahı olur. Səhər getdikləri taksi sürücüsüylə, düşünürlər ki, axşam geri qayıtdıqları eyni adamdır. Onun aqresiyasını buna tökürlər. Mən də bu vəziyyətə dözə bilmədim. Gördüm ki, bu iş mənlik deyil, əsəblərimə təsir edir.

-Hazırda nə işlə məşğulsunuz? Toylara gedirsiniz?

-Hazırda musiqi ilə məşğulam. Toylara getmirəm, əsasən restoran və otellərdə çıxış edirəm. Yay aylarında müxtəlif restoranlarda çalışırdım. Hazırda işsizəm, amma bir neçə təklifim var. Onlardan birini dəyərləndirəcəyəm.

-Taksi sürücüsü işlədiyiniz dövrdə qazandığınız pulla musiqi fəaliyyətindən əldə etdiyiniz gəlir arasında böyük fərq var idi? Hansı sahədə daha çox qazanırdınız?

-Taksi sürməklə çox pul qazana bilmirdim. Çünki insanlara "yox" deməyi bacarmırdım. Mən çox üzü yola adamam. Sərnişinlərin hər istəyini yerinə yetirməyə çalışırdım. "Qardaş, bir dənə burada saxla" deyirdilər, "yox" deyə bilmirdim, o dəqiqə cərimə gəlirdi mənə. Həm də gün ərzində cəmi dörd-beş sifariş qəbul edirdim. Əsəblərimin pozulduğunu hiss edəndə işi dayandırıb evə gedirdim.

-Taksi sürücüsü işləyərkən sərnişinlər sizdən mahnı ifa etməyinizi istəyirdilər?

-Əslində, söhbətə özüm başlayırdım. Əlbəttə, bu, sərnişindən-sərnişinə dəyişirdi. Mən əsasən komfort sinfində işləyirdim. Görürdüm ki, sərnişinin aurası yaxşıdır, ya da sonuncu sürücüdür, o zaman söhbətə başlayırdım. Soruşurdum ki, musiqi ilə aranız necədir? Deyirdilər ki, yaxşı. Deyirdim ki, mahnı qoyum? Onlar da razılaşırdılar. Sonra deyirdim ki, olar elə öz mahnımı səsləndirim? Təəccüblə sual verirdilər ki, musiqiçisiz? Deyirdim ki, hə. Beləcə, söhbət yaranırdı.

Təbii ki, hər sərnişinlə belə ünsiyyət qurmaq mümkün olmurdu. Xüsusilə uzun məsafəyə gedən sərnişinlərlə söhbət etmək daha rahat idi.

-Bu səs sizə haradan gəlib? Ailənizdə musiqi ilə məşğul olan varmı?

-Nə ailəmizdə, nə də nəslimizdə musiqi ilə məşğul olan var. Sadəcə, qohumlarımızdan bibim qızı fortepiano müəllimi olub, amma o da dünyasını dəyişib.

- Allah rəhmət eləsin...

- Sağ olun. Mənim uşaqlıqdan musiqiyə marağım olub. Xüsusilə türk musiqilərinə qulaq asmışam. Barış Manço dinləyirdim. Nədənsə, meylim həmişə həmin istiqamətə olub. Bir müddət sonra özüm də gördüm ki, mahnı ifa edə bilirəm.

Məktəbdə oxuyanda bütün festivalları, bayram tədbirlərini mən aparırdım. Həm aparıcı olur, həm də mahnılar oxuyurdum. Məktəbin tədbirlərində həmişə fəal olmuşam.

-Sosial şəbəkə hesablarınız da var. Ümumiyyətlə, sosial şəbəkələrdə tanınmaq sizə yeni fürsətlər qazandırıbmı?

-Əlbəttə. TikTok platforması mənə çox kömək edib. Məhz orada tanınmışam. Ondan əvvəl TikTok-dan istifadə etmirdim. Həmin hadisədən, türk xanımın paylaşımından sonra mənə məsləhət gördülər ki, özüm də hesab açım. Mən də TikTok-da qeydiyyatdan keçib videolar paylaşmağa başladım.

İlk vaxtlar TikTok videolarımı spam kimi qəbul edirdi və paylaşmağa imkan vermirdi. Mən platformaya müraciət etdim, bildirdim ki, videolar mənə məxsusdur. Məni ikinci şəxs kimi tanıyırdı. Amma müraciətdən sonra nə hikmətsə, problem aradan qalxdı.

-Hazırda da TikTok-da aktivsiniz?

-Bəli, arada paylaşımlar edirəm. Bir müddət sosial şəbəkələrdən uzaqlaşmışdım. Açığı, bu yay musiqi fəaliyyətim yaxşı alındı və yaxşı gəlir əldə etdim. Həm sevdiyim işlə məşğul olurdum, həm də qazancım olurdu.

Yayda eyni vaxtda dörd restoranda çalışırdım. Gün ərzində hər birində təxminən yarım saat çıxış edirdim. Yaxşı da qazancım olurdu. Bu baxımdan, yay mövsümü mənim üçün uğurlu keçdi.

-İT sahəsi üzrə təhsil aldığınızı dediniz. Bəs niyə hazırda bu istiqamətdə fəaliyyət göstərmirsiniz?

-Açığı, 2013 illərdə İT sahəsindən uzaqlaşdım. Şirkət qurmuşdum, sonradan müflis oldum və Azərbaycandan getdim. Xaricdə də müxtəlif işlərlə məşğul oldum, tərcüməçilik etdim, başqa şirkətlərdə çalışdım.

Daha sonra Azərbaycana qayıtdım və yenidən İT sahəsində işləmək istədim. Amma gördüm ki, bu sahə çox dəyişib. Mən ayrıldığım vaxt Windows 7 istifadə olunurdu, indi isə Windows 11 var. Texnologiya sürətlə inkişaf edib və mən də bir çox yeniliklərdən geri qalmışam.

Bundan əlavə, əvvəlki iş həyatımla bağlı müəyyən xoşagəlməz, acı xatirələrim var idi. Kompüter qarşısında oturanda həmin dövr yadıma düşürdü. Hətta bir müddət psixoloji çətinliklər yaşadım, antidepressantlardan da istifadə etdiyim vaxtlar olub. Ona görə də yenidən həmin sahəyə qayıtmaq istəmədim.

-Hansı müğənni ilə duet oxumaq istərdiniz?

-Zülfiyyə Xanbabayeva ilə duet oxumaq istərdim. Çünki mənim janrım onun ifa tərzinə yaxındır. Onun yaradıcılığını sevirəm. Düşünürəm ki, birlikdə maraqlı bir iş ortaya qoya bilərik.

-Bəs, həyatda reallaşmasını istədiyiniz ən böyük arzunuz nədir? 

-Böyük bir konsert vermək istərdim. Cənab Prezidentin qarşısında mahnı ifa etmək ən böyük arzumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri