Icma.az
close
up
RU
Taksi vergiləri dəyişir QİYMƏTLƏRƏ TƏSİRİ OLACAQ?

Taksi vergiləri dəyişir QİYMƏTLƏRƏ TƏSİRİ OLACAQ?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bildiyimiz kimi, hazırda Bakı şəhəri üzrə taksi sürücülərinə aylıq 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində 13,5 manat, digər şəhər və rayonlar üzrə isə 9 manat sadələşdirilmiş vergi tətbiq olunur.

İqtisadçı ekspert Razi Abasbəyli sözügedən dəyişiklikləri Ölkə.az-a şərh edib. 

O bildirib ki, mövcud qanunvericiliyə görə Bakı şəhəri üzrə hər avtomobilə görə sadələşdirilmiş vergi 18 manat, Sumqayıt və Abşeron üzrə 13,5 manat, digər regionlar üçün isə 9 manat nəzərdə tutulub:

“Yeni təkliflərə görə, hər sifarişə görə sürücüyə ödənilən gəlirdən 1% sadələşdirilmiş vergi tutulacaq. Yəni vergi avtomobilin sayına görə deyil, faktiki gəlirə görə müəyyən olunacaq.

Məsələn, sürücünün aylıq platforma üzrə gəliri 1000 manatdırsa, yeni qayda ilə 10 manat, 1500 manatdırsa 15 manat, 2000 manatdırsa 20 manat vergi verəcək. Bu, 1 faizlik vergi təxminən 1800 manat aylıq gəlir sayəsində bərabərləşir. Yəni taksi sürücüsü bundan sonra yeni qaydalara görə 1800 manat gəlir əldə edəcəksə, yenə 18 manat vergi ödəyəcək. Bu da köhnə qaydadakı vergi dərəcəsinə uyğun gəlir. Amma taksi sürücüsü 1800 manatdan çox gəlir əldə edəcəksə, artıq vergi yükü çoxalacaq. Başqa sözlə, sürücü gəliri 2500 manat olacağı təqdirdə 25 manat vergi verəcək. Mövcud sabit vergi tariflərinə görə isə 18 manat aylıq vergi ödənilirdi.

Əgər Sumqayıt və Abşeronda işləyən taksilər 1500 manat gəlir əldə edəcəklərsə, sabit 13 manat 50 qəpik yox, bundan sonra 15 manat vergi ödəyəcəklər. Və yaxud da regionlar üzrə əgər sabit vergi 9 manat idisə, bundan sonra vergi ümumi gəlirin 1%-ni təşkil edəcək. Yəni taksi qiymətləri bahalaşa bilərmi? Əslində təklif olunan vergi sürücünün gəlirindən tutulur”.

Ekspertin sözlərinə görə, bu, sərnişinin ödədiyi gediş haqqına ayrıca vergi əlavəsi kimi tətbiq olunmur:

“Ona görə də, qiymətlərin artması üçün birbaşa və dolayı olaraq heç bir səbəb yoxdur. Gəliri yüksək olan sürücülərin vergi yükü çoxalacaq, lakin gəliri aşağı olanların vergisi hətta əvvəlkindən daha aşağı olacaq”.

R.Abasbəyli vurğulayıb ki, burada əsas məqsəd vergi yığımlarını stimullaşdırmaqdır. Onun sözlərinə görə, həm gəlirləri müəyyən etmək, həm də sərnişin daşınması üzrə taksi sektorunda ümumi dövriyyəni öyrənmək, bu dövriyyədən əldə edilən vergi tutumlarının həcmini dəqiqləşdirmək üçün belə bir addım atılıb:

“Bu, kifayət qədər doğru addımdır. Çünki vergilər faktiki olaraq gəlirlər üzərindən hesablanacaq və işləmədiyi halda sürücüdən vergi tələb olunmayacaq, sabit vergi tətbiqi ortadan qalxacaq. Mexanizm sadədir və faktiki dövriyyə uçotunun aparılmasını asanlaşdırmaq və bu sahədə şəffaflığı təmin etmək məqsədi daşıyır. Yəni bu yeni qaydalarla Azərbaycanda taksi xidmətləri üzrə qiymətlərin qalxacağını iddia etmək doğru olmaz”.

Könül Vəliyeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri