Icma.az
close
up
RU
Taksi xidmətlərindəki bu məsələ sürücü və sərnişinə problem yaradır ŞİKAYƏT VİDEO

Taksi xidmətlərindəki bu məsələ sürücü və sərnişinə problem yaradır ŞİKAYƏT VİDEO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda taksi sürücüsü sərnişini ünvana çatdırmadan ödənişi alaraq onu yarı yolda düşürüb.

Xoşagəlməz halla bağlı izləyici Avtosfer.az-ın “İnstagram” ünvanına müraciət edərək şikayətini bildirib. Belə ki, izləyici aprelin 23-də saat 13:36 radələrində “Bolt” şirkətindən iki ünvana sifariş verdiyini, lakin taksi sürücüsünün sifarişi qəbul edəndən sonra etiraz etdiyini qeyd edib: “Maşına mindikdən sonra sürücü “mən iki ünvana getmirəm” deyərək iradını bildirdi. “Onda saxlayın, mən düşüm” - deyə, cavab verdim. Buna baxmayaraq sürücü maşının qapısını kilidləyərək düşməyə icazə vermədi. Daha sonra bir neçə metr hərəkət etdi və məni düşürüb ödənişi tələb etdi”. 

Məsələylə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, şirkət konkret olaraq sürücüləri işə götürmür, əməkdaşlıq etmək istəyən şəxslər onların komandasına qoşulurlar. Bu baxımdan sürücülərlə bağlı şikayətlərə tətbiq üzərindən baxılır və araşdırılaraq lazımi tədbir görülür: “Xoşagəlməz halla qarşılaşan sərnişinlər tətbiq üzərindən şikayətlərini qeyd edə bilərlər. Şikayət yazılandan sonra bizim komanda tərəfindən həmin sürücüylə əlaqə saxlanılır. Sürücüylə bağlı qərar vəziyyətə görə dəyişir. Məsələn şiddət, yaxud təhqir olubsa o vaxt şirkət həmin sürücünü bloklayır. Yox, çox da ciddi bir hal baş verməyibsə, məsələn sərnişinlə sürücü arasında anlaşılmazlıq yaranıbsa bu vəziyyətdə ona xəbərdarlıq edilir və bir daha belə hal baş verərsə bloklana biləcəyi bildirilir”.   

Taksi sifarişlərində iki və daha çox ünvanının qeyd olunması sərnişin və sürücülər arasında tez-tez narazılıqlar yaradır. Aktual olan bu məsələylə bağlı Avtosfer.az sürücülər arasında sorğu keçirdi. Əksər sürücülər iki ünvana verilən sifarişi ləğv etmədiklərini qeyd etsələr də sözügedən sifarişin onlara maddi olaraq sərf etmədiyini vurğuladılar.

Nigar Kazımova sürücü və sərnişinlər arasında narazılığa səbəb olan iki və daha çox ünvanın qeyd edilməsi mövzusuna ümumi olaraq da münasibət bildirib: “ “Bolt” şirkətinin əsas məqsədi müştərilər və tərəfdaşlar üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir.

Səfər zamanı tətbiqdə göstərilən qiymət və marşrutdan fərqli əlavə ödəniş və ya marşrut dəyişikliyi tələb etmək qadağandır. Bütün dəyişikliklər yalnız tətbiq vasitəsilə aparılmalıdır.
Sürücü sifarişi ləğv etdikdə və ikinci sifarişlə bağlı problem yaşandıqda, tətbiq vasitəsilə şikayət göndərilməlidir. Qayda pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görülür”.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri