Taksilərdə qiymətlər niyə bahalaşıb? “Bolt” və “Yango”dan açıqlama
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlərdə taksi qiymətlərində hissolunacaq dərəcədə artım müşahidə edilir. Sərnişinlər eyni məsafə üçün əvvəlki günlərlə müqayisədə daha yüksək ödəniş etməli olduqlarını bildirirlər.
Bizim.Media xəbər verir ki, “trend.az” məsələ ilə bağlı "Bolt" şirkətinin Azərbaycandakı xidmətinə sorğu ünvanlayıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, "Bolt" platformasında gedişhaqqı dinamik şəkildə formalaşır və sifariş zamanı mövcud tələb-təklif nisbəti, yol hərəkətinin intensivliyi, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin əlçatanlığı kimi amillər nəzərə alınır.
Yağışlı, küləkli və ya soyuq hava şəraitində taksiyə tələbat arta, eyni zamanda aktiv sürücülərin sayı azala bilər. Belə hallarda tələb və təklif arasında yaranan fərq səbəbindən qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Yəni hava şəraiti özü ayrıca qiymət artımı tətbiq etmir, lakin onun yaratdığı yüksək tələbat dinamik qiymətləndirməyə təsir göstərə bilər.
Qiymətlər günün vaxtından, şəhərdən və xidmət kateqoriyasından asılı olaraq dəyişə bilər. Tələbat normallaşdıqda qiymətlər də müvafiq olaraq əvvəlki səviyyəyə qayıdır - deyə əlavə edilib.
“Yango”da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır. Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur.
Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır.
“Yango” şirkətindən isə bildirilib ki, "Yango"da səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, sırf həmin an şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır.
"Yekun məbləğ birbaşa həmin dəqiqədə xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılı olur.
Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan qat-qat çoxdursa, alqoritm avtomatik olaraq sürücüləri həmin istiqamətə cəlb etmək və təcili getməli olan sərnişinlərə maşın təmin etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır",- deyə qeyd edilib.
Bizim.Media
Baxış sayı:187
Bu xəbər 10 Sentyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















