Taksilərlə bağlı yeni qərar Bakıda tıxacları azaldacaq? SORĞU
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edib.
Bəs bu qərar paytaxtda tıxacların azalmasına səbəb ola bilərmi?
Redaktor.az bu haqda Bakı sakinlərinin fikrini öyrənib.
Nərimanov rayon sakini Elçin Qasımov məsələ ilə əlaqəli qeyd etdi ki, bu qərar tıxacları o qədər də azaltmayacaq:
"Çünki tıxacın əsas səbəbi təkcə taksilərin çoxluğu deyil, həm də şəxsi maşınlardır. İnsanlar avtobusdan və metrodən istifadə eləmək istəmirlər. İndi taksi sayı az olsa, qiymətlər qalxacaq, camaat narazı qalacaq, yəni problem elə qalacaq".
Maştağa qəsəbə sakini Aytac Əliyevanın isə fikri bu məsələ ilə bağlı müsbətdir:
"Taksilər çoxalıb, bəzən boş-boşuna gəzirlər, bu da həm sıxlıq yaradır, həm də havanı çirkləndirir. Elə bu səbəbdən taksilərin sayı azalsa yaxşıdır, bəlkə bir xeyiri olar".
Yasamal rayon sakini Rauf Quliyev bildirdi ki, qanuni taksilərin sayını azaltmaq bəlkə tıxacı bir az azaldar, amma bununla problem tam həll olunmaz.
"İnsanlar yenə də hansısa yolla taksi tapacaq, bəlkə də qeyri-qanuni sürücülər çoxalacaq. Ən yaxşısı ictimai nəqliyyatın inkişaf etdirilməsidir".
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, qərardan nəticə çıxarmaq olar:
"Məqsədlərdən biri də şəhərdə avtomobil sıxlığının azaldılmasıdır. Bu qanun haqqında düşünürəm ki, qismən tıxacların azalmasına təsir edə bilər".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















