Icma.az
close
up
RU
Bakıda taksilərlə bağlı yeni dövr başladı Qiymətlər isə...

Bakıda taksilərlə bağlı yeni dövr başladı Qiymətlər isə...

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında 25 milyon 514 min sərnişin taksilərdən istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalma deməkdir. Statistik məlumatlarda ciddi artım müşahidə olunmasa da, sektorda ümumi durğunluğun olduğu bildirilir. Xüsusilə artan yanacaq, lizinq və texniki xidmət xərcləri taksi fəaliyyətini rentabelli sahə olmaqdan çıxarır.

Yaxın illərdə taksilərə tələbat azala bilərmi? Bu proses qiymətlərə necə təsir edəcək?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atılıb:

“Bu islahatların nəticəsində taksilərin sayı xeyli azalıb. Bakıda təxminən 67-68 min civarında taksi var idisə, indi bunun 40 mini kənarlaşdırılıb. Ola bilər ki, taksilərin 5-10 mini qanunsuz yolla və gizli şəkildə fəaliyyət göstərir. Məsələn, qohum-qonşunu aparıb-gətirir, məhəllələrdə fəaliyyət göstərirlər və sair. Hazırda rəsmi qaydada 27 min qeydiyyatda olan taksi var. Bu göstəricinin gələcəkdə 30-35 minə qalxması gözlənilir. Qiymətlərə gəldikdə, sürücülər aşağı olduğunu desə də, sərnişinlər əksini iddia edir. Ortaq məxrəci tapmaq üçün taksi fəaliyyətindəki qiymətlər tənzimlənməlidir. Bundan sonra haqlı tərəfi müəyyən etmək olar”.

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti üçün ölkəyə yeni avtomobillər gətirilir:

“Eyni zamanda sürücülər də taksi fəaliyyəti ilə məşğul olmaq üçün imtahan verir, sertifikat alır və qeydiyyatdan keçirlər. Bu baxımdan, gələcək illərdə taksilərin sayında artım müşahidə olunacaq. Qiymətlərin yüksəlməsi isə tələbə bağlı olaraq dəyişəcək”.

Ləman Hüseynzadə
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri