Icma.az
close
up
RU
Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir RƏY AZƏRTAC

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir RƏY AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müasir dünyamızda isə məsuliyyətli Lider varlığının əhəmiyyəti əvəzsizdir. Zamanından asılı olmayaraq, bu faktor nəzərə alınmadıqda, yaxud qətiyyətli Lider və praqmatik Dövlət xadimi boşluğu yarandıqda, əksər xalqlar fəlakətlə üzləşir. Bu gün dünyada baş verənlər bunu bir daha sübut edir. Bəşəriyyət artıq elə həddə gəlib çatıb ki, hamı Üçüncü Dünya müharibəsinin başlayacağından ehtiyat edir. Çünki bu, baş verərsə, hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, heç bir ölkə qlobal təhlükənin ağır fəsadlarından sığortalana bilməyəcək. Bu vəziyyətin əsas səbəblərindən biri də odur ki, dünyada növbəti dəfə məsuliyyətli Lider qıtlığı yaşanır, şəxsiyyət faktorunun əhəmiyyəti unudulur. Bəzi Qərb dairələri dünyanı hələ də inandırmağa çalışırlar ki, idarəçilikdə sistem üstünlüyü guya təhlükəsizliyə zəmanət verir və Lider faktorunun boşluğunu doldura, onu əvəz edə bilir. Lakin həyat sübut edir ki, bu, belə deyil, kökündən yanlış yanaşmadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib: “Dünya tarixinə diqqət yetirsək görərik ki, məhz bu cür yanlış yanaşmalara, həqiqətlərin təhrif olunmasına görə dövlət və hökumət başçıları arasında çox nadir şəxslərin adı tarixə məsuliyyətli Lider kimi düşə bilir. Özü də söhbətin hansı ictimai-siyasi quruluşdan və ya hansı zamandan getməsinin fərqi yoxdur. Siyasi lider və dövlət xadimi yaşadığı zamandan asılı olmayaraq, tarixə yalnız o zaman böyük şəxsiyyət kimi düşür ki, o öz xalqının və dövlətinin həyatında taleyüklü məsələləri uğurla həll edə bilir. Söhbət elə ağır məsələlərdən gedir ki, onların həlli ilə bütöv bir xalqın milli kimliyi, milli ləyaqəti onilliklər boyu davam edən xarici təhdidlərdən xilas olur. Özü də kimlərinsə güzəşti, hədiyyəsi hesabına deyil, öz xalqının və dövlətinin gücü, Liderin qətiyyəti və siyasi iradəsi hesabına. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qarabağ Zəfəri məhz bu cür taleyüklü məsələ idi. Ona görə də Qarabağ Zəfərini milli kimliyimizin, milli qürurumuzun rəmzi hesab edirik. Dünya Azərbaycanlıları artıq yaxşı bilirlər ki, bu tarixi Qələbə ilə çox böyük güclərin Azərbaycana qarşı ən azından iki əsrlik məkrli planı iflasa uğradıldı. Hər birimiz gördük ki, hansı dairələr onilliklər boyu bu Qələbənin baş tutmaması naminə hansı çirkin oyunlardan çıxdılar, hansı maneələri qurdular. Amma şəxsiyyət, qətiyyətli Lider faktoru növbəti dəfə öz sözünü dedi və nəticədə tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Qarabağın tacı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bir fikrini olduğu kimi yada salmaq istərdim: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Ü.Quliyev vurğulayıb ki, bu miqyasda tarixi Zəfərə imza atan Liderin, Dövlət xadiminin xidmətlərinə dəyər vermək üçün onun fəaliyyətindəki digər uğurların sadalanmasına, əslində, ehtiyac qalmır və ya qalmamalıdır. Elə buna görə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı etibarlı tərəfdaş statusunun, bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı danılmaz rolunun, iqtisadi və siyasi müstəvidə müstəqil dövlət kimi qazandığı uğurların, ağır sınaqlarla dolu olan bu yolda dəf etdiyi böyük maneələrin üzərində ayrıca dayanmaq istəmirəm. Lakin mütləq o qeyd olunmalıdır ki, tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən dairələrin hələ də davam edən basqısına, qərəzli hücumlarına və çirkin təhdidlərinə baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və növbəti uğurlarını qazanır. Dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu bir təşkilata üzv qəbul edilməsi müstəqil Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin növbəti böyük uğurudur, eyni zamanda, bədxahlarımızın çirkin oyunlarına ən tutarlı cavabdır. 30 ilə yaxındır fəaliyyət göstərən bu təşkilatın tərkibi ilk dəfədir ki, genişlənir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda yürütdüyü müstəqil xarici siyasətinə və qazandığı nüfuza göstərilən hörmətin ifadəsidir.

“Prezident İlham Əliyevin adı artıq Azərbaycan tarixinə Qalib Lider və Müzəffər Ali Baş Komandan kimi həkk olunub. Bu gün Azərbaycan xalqı, Dünya Azərbaycanlıları əldə etdiyimiz bu tarixi Zəfərin miqyasını dəqiqliklə görür, onun arxasında dayanan məsuliyyətli Lider və qətiyyətli Dövlət xadiminin əvəzsiz xidmətlərinə yüksək dəyər verir. Lakin əminəm ki, zaman ötdükcə, gələcək nəsillər bu tarixi xidmətin miqyasını daha dolğun görə biləcəklər. Çünki bu cür taleyüklü məsələləri həll edə bilmiş bütün xalqların həyatında bu, tarixən belə olub. Böyük dövlət adamı Uinston Çörçill vaxtilə dahiyanə bir fikir söyləmişdi: “Dövlət xadiminin siyasətçidən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyev gələcək nəsillərə həm də güclü və ləyaqətli Azərbaycanı bəxş edib. Sübut edib ki, Ulu Öndər Heydər Əliyevin 31 il əvvəl müəyyən etdiyi siyasi yol müstəqil Azərbaycanın nicat və Zəfər yoludur!”, - deyə Milli Məclisin deputatı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri