Icma.az
close
up
RU
Adil Kərimli: Mədəni dəyərlərimizin təbliğində xaricdəki soydaşlarımızın rolu əvəzsizdir AZƏRTAC

Adil Kərimli: Mədəni dəyərlərimizin təbliğində xaricdəki soydaşlarımızın rolu əvəzsizdir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Roma, 19 dekabr, AZƏRTAC

“Azərbaycan mədəni dəyərlərinin dünyada təbliğ edilməsində xaricdə yaşayan soydaşlarımızın rolu əvəzsiz və misilsizdir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi, mədəni dəyərlərimizin dünyaya çatdırılması, eyni zamanda, mədəni əlaqələrin qurulması, xüsusilə də mədəni irsimizin dünyaya çatıdırlmasıdır. Onun sözlərinə görə, bu, vacib, sistemli bir fəaliyyətdir. Mədəniyyət naziri vurğulayıb ki, onlarla məhz bu istiqamətdə həyata keçirilməli olan fəaliyyətləri müzakirə etmək və fikir mübadiləsi aparmaq əsas hədəflərimizdən biridir.

İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısının əhəmiyyətindən danışan Adil Kərimli qeyd edib: “Xaricdə yaşayan, xüsusilə mədəniyyətimizi təbliğ edən soydaşlarımızla çox mühüm görüş keçirdik. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə keçirilən bu toplantı 2025-ci ildə əsası qoyulacaq Azərbaycan Mədəniyyət Elçiləri Forumunun əsas, ilkin təməlidir. Həmin istiqamətdə ciddi işlər həyata keçirilməkdədir və bugünkü toplantı məhz onun əsas başlanğıcıdır. Eyni zamanda, bir sıra böyük layihələrin həyata keçirilməsi, eləcə də dəyərli sənətkarlarla, xüsusilə xaricdə təhsil alan, mədəniyyətin ayrı-ayrı sahələri üzrə dövlət tərəfindən dəstək verilərək dünya şöhrətli universitetlərdə öz təhsillərini müxtəlif pillələrdə davam etdirən və bitirən tələbələrlə, peşəkar fəaliyyətlə məşğul olan soydaşlarımızla, dəyərli ziyalılarımızla birgə ciddi bir vahid platformanın əsasının qoyulması və bu istiqamətdə sistemli fəaliyyətin həyata keçirilməsi əsas hədəflərimizdəndir. Düşünürük ki, bugünkü toplantı bizə həmin istiqamətə çox nikbin baxmağa əsas verir”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri