Taliban Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlamağa başlayıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı paytaxt Kabildə qadın gözəllik salonlarını kütləvi şəkildə bağlayır.
Oxu.Az bu barədə "Tolo News" portalına istinadla xəbər verir.
Bildirilir ki, bu qadağa çərçivəsində yüzlərlə salon bağlanıb. Şahidlərin sözlərinə görə, hərəkat nümayəndələri binaları yoxlayırlar, salonlar aşkar edirlər, sonra isə onları dağıdırlar və ya avadanlıqları müsadirə edirlər.
Bu hərəkətlər nəticəsində, gözəllik sənayesində çalışan qadınların iqtisadi vəziyyəti ciddi şəkildə pisləşib.
Qadağadan əvvəl sözügedən sənayedə 60 minə yaxın qadın işləyirdi, onların da bir çoxu ailələrinin əsas təminatçısı idi.

Taliban Kabildə gözəllik salonlarını bağlayır KONKRET
10 Avqust 2025 11:23
Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağlayıb minlərlə qadın işsiz qalıb
10 Avqust 2025 13:18
Taliban qadınları izləyir: Kabildə 90 000 kameralı müşahidə şəbəkəsi
28 Fevral 2025 15:24
Ramzan Kadırov gözəllik salonlarını bağlamağa çağırdı
15 Dekabr 2024 18:01
Kabildə hicaba görə onlarla qadın həbs edildi
21 İyul 2025 08:33

