Icma.az
close
up
RU
“Taliban” qadın radiostansiyasını bağlayıb

“Taliban” qadın radiostansiyasını bağlayıb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Taliban”ın Məlumat və Mədəniyyət Nazirliyi Əfqanıstanda qadınlara məxsus "Radio Begum" stansiyasının fəaliyyətini dayandırdığını elan edib. 

"Cebheinfo.az" " Associated Press"-ə istinadən xəbər verir ki, buna səbəb kimi radiostansiyanın xarici televiziya kanalına icazəsiz məzmun və proqram ötürülməsi göstərilib. Bu, hakimiyyətin KİV-ləri xarici media ilə əməkdaşlıq ittihamı ilə bağlamasına dair artıq ikinci hadisədir. 

Nazirlik bildirib ki, "Radio Begum" yayım siyasətini pozub və lisenziyasından düzgün istifadə etməyib. "Bu qərar bir neçə qayda pozuntusundan, o cümlədən icazəsiz məzmun ötürülməsindən sonra qəbul olunub", - deyə rəsmi açıqlamada bildirilib. Qurum əlavə edib ki, stansiyanın gələcək taleyinin müəyyənləşməsi üçün bütün lazımi sənədlər nəzərdən keçiriləcək. "Radio Begum" 2021-ci ilin martında, Beynəlxalq Qadınlar Günündə yaradılmışdı. Beş ay sonra isə “Taliban”ın hakimiyyəti ələ keçirməsi ilə ölkədə vəziyyət kəskin dəyişib. 

Stansiyanın bütün məzmunu əfqan qadınları tərəfindən hazırlanır. Onun qohum kanalı "Begum TV" isə Fransada fəaliyyət göstərir və Əfqanıstanın 7-12-ci siniflər üçün nəzərdə tutulmuş tədris proqramına uyğun təhsil verilişləri yayımlayır. Jurnalist hüquqlarını müdafiə edən təşkilatlar, o cümlədən “Sərhədsiz Reportyorlar”, Talibanın bu qərarını sərt tənqid edərək onun ləğv olunmasını tələb ediblər. 

Qeyd edək ki, “Taliban” hakimiyyətə gəldikdən sonra qadınları təhsil almaq, bir çox sahədə işləmək və ictimai yerlərə çıxmaq hüququndan məhrum edib. Xüsusilə qadın jurnalistlər kütləvi şəkildə işlərini itiriblər, çünki “Taliban” media sahəsinə nəzarəti daha da sərtləşdirib. “Sərhədsiz Reportyorlar” təşkilatının 2024-cü il üçün hazırladığı Mətbuat Azadlığı İndeksində Əfqanıstan 180 ölkə arasında 178-ci yerə düşüb. Halbuki bir il əvvəl bu ölkə 152-ci yerdə idi. 

“Taliban”ın Məlumat Nazirliyi "Radio Begum" un hansı xarici telekanalla əməkdaşlıq etdiyini açıqlamayıb. 2023-cü ilin mayında “Taliban” jurnalistlərə və ekspertlərə Beynəlxalq Əfqanıstan Televiziyası ilə əməkdaşlığı dayandırmaq barədə xəbərdarlıq etmişdi. Bu, onların ilk dəfə olaraq konkret bir media qurumuna qarşı açıq qadağa qoyması idi. 

Səbinə Uğur 
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri