“Taliban” Pakistanı hədələdi
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Əfqanıstan Pakistana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib.
“Yeni Sabah” xəbər verir ki, “Taliban” rəhbərliyi şərq qonşusunun sərhədboyu puştun etnik qrupunun yaşadığı ərazilərinin özlərinə aid olduğunu iddia edib. Rəsmi Kabil Hayber-Paxtunxva əyaləti və Federal İdarə Olunan Tayfa Ərazilərinin (FATA) qeyd-şərtsiz Əfqanıstana verilməsini tələb edir.
Maraqlı məqam budur ki, İslamabad yuxarıda adı çəkilən ərazilərə onsuz da nəzarət edə bilmir və bu vilayətlər yerli qəbilə aristokratiyasının yurisdiksiyasındadır. Toyuqlu pizza
Qeyd edək ki, Əfqanıstanın Pakistana ərazi iddialarının təməlində 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqan əmiri Əbdürrəhman xan arasında imzalanmış müqavilə ilə çəkilmiş Dürand xətti durur.
2670 km uzunluğunda olan bu sərhəd xətti tarixən puştun tayfalarının məskunlaşdığı vahid etnik torpaqları iki yerə böldü. Əfqanıstanın heç bir hökuməti (nə krallıq, nə respublika, nə də "Taliban" rejimləri) bu xətti rəsmi beynəlxalq sərhəd kimi tanımayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















