“Talibanın interneti qadağası Əfqanıstanı daha da geriyə aparacaq” TURAL İRFAN
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Taliban lideri Hibətullah Axundzadənin qərarı ilə Əfqanıstanda fiber optik interneti qadağan edilib.
Qərar ölkədə əxlaqsızlığın qarşısını almaq məqsədi ilə əsaslandırılıb.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan dinşunas Tural İrfan bildirib ki, bu qadağa Əfqanıstanı daha da geriyə aparacaq.
“Əfqanıstanda internetin rəsmən qadağan edilməsi Taliban lideri Hibətullah Axundzadənin qərarı ilə həyata keçirilib. Bu addım “əxlaqsızlığın qarşısını almaq” kimi təqdim edilsə də, ölkədə “bəççebazi” kimi ağır mənəvi fəsadların davam etməsi ciddi ziddiyyət yaradır”.
Tural İrfan bildirib ki, tarix göstərib ki, sərt və düşünülməmiş qərarlar ən çox elə həmin qərarı verənlərin dayaqlarını sarsıdır.
“Taliban işıqlı dünyadan ibrət almaq əvəzinə cəhaləti və xurafatı yaymaqla həm xalqını, həm də dini rüsvay edir”-deyə o əlavə edib.
Baxış sayı:57
Bu xəbər 02 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















