Icma.az
close
up
RU
“Talıbovlar ailəsinin 8 milyonu yox, 800 milyondan da çox pulu var”

“Talıbovlar ailəsinin 8 milyonu yox, 800 milyondan da çox pulu var”

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

“Məmurların var-dövləti məsələsi Azərbaycanda o qədər yayılıb ki, demək olar, heç kim təəccüblənmir. Əslində bu da bir mənada məmurların özünümüdafiə vasitəsinə keçib. Artıq kiminsə adı milyonlar, on milyonlar, yüz milyonlarla hallanır və cəmiyyətdə ajiotaj olmadığı üçün bunlarda toxunulmazlıq immuniteti yaranır. Normal ölkələrdə, məsələn, Avropada yüz minə, on minə görə parlamentdə partiyalar istefa verir, hökumətlər xalqdan üzr istəyir, istefa verir. Biz də isə adi bir Dövlət Miqrasiya Xidmətinin rəis müavini Rza Talıbov – hamımıza bəllidir ki, ora necə gəlib çıxıb, atasının sayəsində, heç nədən çəkinmədən 8 milyonluq açıq-aşkar otel ala bilir. Cəmiyyətdə niyə bu o qədər də gözlənilən ajiotaj doğurmur? Çünki cəmiyyət gözəl bilir ki, Talıbovlar ailəsinin 8 milyonu yox, 800 milyondan da çox pulu var. Milyardlarla… Buna görə də insanlara 8 milyon kiçik gəlir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

“Niyə hesabat istənilmir? Məsələn, on beş-iyirmi gün bundan əvvəl eyni şeyi Adnan Əhmədzadə haqqında da demək olardı ki, bu pulların mənbəyi haradandır? Biz onsuz da o sualları verirdik. Necə ona cavab yox idisə, indi Talıbovlarla da bağlı cavab yoxdur. Görünən budur ki, hakimiyyət məmurların varidatından məlumatlıdır. Sadəcə, özünün siyasi və iqtisadi maraqları üst-üstə düşəndə həmin şəxsi həbs edir, yaxud mülklərinə, varidatına “əl qoyur”. Vasif Talıbov barədə istintaqda İsa Həbibbəylinin oğlunun ifadələri var idi. Mediada da yayılmışdı. İsa Həbibbəyli AMEA-nın prezidentidir, Vasif Talıbovun oğlu isə Dövlət Miqrasiya Xidmətində generaldır. Özləri özləri haqda cinayət işi açmayacaqlar ki. Güman edirik, nə vaxtsa hər kəs ədalət qarşısında cavab verəcək”, – partiya sədri bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri