Fevralda 8 milyondan çox tibbi xidmət göstərilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 mart, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin fevral ayı ərzində ümumilikdə 2 milyon 272 min 189 müraciət qeydə alınıb. Bunlardan 42 min 913-ü stasionar, 2 milyon 229 min 276-sı ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 13 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, fevralda göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 milyon 365 min 56 tibbi xidmət göstərilib. Onlardan 1 milyon 55 min 30-u stasionar, 7 milyon 310 min 26-sı ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 milyon 565 min 573 sayda laborator müayinələr aparılıb ki, onların da 552 min 649-u stasionar, 3 milyon 12 min 924-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci illə müqayisədə 20 faiz artım qeydə alınıb.
Eyni zamanda, ay ərzində 29 min 519 cərrahi əməliyyat və prosedur (28 min 123 stasionar, 1 396 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 faiz artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 18 Mart 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















