Icma.az
close
up
RU
TALIS 2024 tədqiqatının nəticələri açıqlanıb

TALIS 2024 tədqiqatının nəticələri açıqlanıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə olaraq iştirak etdiyi Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu olan TALIS 2024-ün nəticələri açıqlanıb.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən həyata keçirilən TALIS tədqiqatının 2024-cü ildə baş tutan tədqiqat dövründə ümumilikdə 55 təhsil sistemindən 280 mindən çox təhsil işçisi sorğunu cavablandırıb. Tədqiqatda Azərbaycandan 222 məktəb üzrə 4310 müəllim və 222 direktor iştirak edib.

TALIS beynəlxalq tədqiqatı müəllim və direktorlardan tədris, peşəkar inkişaf, müəllimlərin işinin qiymətləndirilməsi, iş yerində müəllimlərin və direktorların qarşılaşdıqları çətinliklər və onların idarəetmə ilə bağlı düşüncələrini sorğu vasitəsilə soruşur. Ümumi təhsilin hər səviyyəsi üzrə həyata keçirilən bu tədqiqatda Azərbaycan yalnız ümumi orta təhsil səviyyəsi üzrə iştirak edib və bu səviyyə üzrə tədris edən müəllimlər sorğunu cavablandırıb.

Açıqlanan nəticələr təhsil işçilərinin iş mühiti, peşəkar inkişaf və müasir dövrdə sinif reallıqları ilə bağlı düşüncələrini əhatə edir. Həmçinin nəticələr təhsil işçilərinin süni intellektdən istifadəsi, onların tədris etmə sahəsini seçmə səbəbi, peşədə qalma səbəbləri və digər müxtəlif istiqamətlər üzrə düşüncələrini əhatə edir.

Qeyd edək ki, Azərbaycanda TALIS 2024 tədqiqatını Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu həyata keçirib və yaxın günlərdə tədqiqatın nəticələri barədə məlumatlar ictimaiyyətlə paylaşılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri