Icma.az
close
up
RU
“Türk Barometri 2024” araşdırmasının nəticələri AÇIQLANDI FOTO KONKRET

“Türk Barometri 2024” araşdırmasının nəticələri AÇIQLANDI FOTO KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Türk Akademiyası tərəfindən həyata keçirilən genişmiqyaslı sosioloji araşdırmanın nəticələrinin təqdim olunduğu beynəlxalq konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, konfrans çərçivəsində Türk Akademiyasının prezidenti Şahin Mustafayev layihənin əsas nəticələrini ictimaiyyətlə bölüşüb. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan tədqiqat qrupunun üzvləri də iştirak ediblər.

Hər il Türk Akademiyasının “Türk Barometri” adlı analitik layihəsi çərçivəsində həyata keçirilən bu araşdırma, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq səviyyəsini qiymətləndirməyi hədəfləyir. Bu ilki tədqiqatda diqqət elm və təhsil sahələrindəki əməkdaşlığa yönəlib. Araşdırmada orta və ali təhsil müəssisələrində çalışan 4.131 müəllim heyəti ilə yanaşı, aparıcı universitetlərin rektorları, alimlər və təhsil üzrə ekspertlərdən ibarət 156 nəfər iştirak edib.

Araşdırmanın əsas nəticələrindən biri akademik ictimaiyyətin “Orhun” akademik mübadilə proqramı barədə zəif məlumatlı olduğunu göstərib. Respondentlərin 51,44%-i bu proqram haqqında heç bir məlumata malik olmadığını bildirib. Türkiyədə bu proqramdan faydalananların nisbəti cəmi 1,87% olub. Proqramın ən çox tanındığı ölkə olan Azərbaycanda belə bu göstərici 9,49%-dən ibarətdir.

Digər tərəfdən, araşdırma göstərib ki, Türk Dünyasındakı akademik dairələr birgə elmi və təhsil sahəsi formalaşdırmaq potensialına inanır. Respondentlər birgə təhsil proqramlarının hazırlanması, müəllim və tələbə mübadiləsi, ortaq elmi layihələrin həyata keçirilməsini dəstəklədiklərini bildiriblər. Ölkələr üzrə müəyyən edilmiş tematik prioritetlər aşağıdakı kimidir:

•⁠ ⁠Azərbaycanda pedaqoji və tibbi sahələrdə əməkdaşlıqla yanaşı, Türk dilləri, ədəbiyyatı, mədəniyyəti və tarixi üzrə ortaq tədqiqatlar ön plandadır;

•⁠ ⁠Qazaxıstanda turizm təhsilinin inkişaf etdirilməsi;

•⁠ ⁠Qırğızıstanda mədəni birliyi möhkəmləndirmək məqsədilə ortaq tarixi və mədəni tədqiqatların aparılması.

Respondentlər, həmçinin, Türk dövlətləri arasında diplomların və akademik adların qarşılıqlı tanınması prosedurlarının sadələşdirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Bu addımın elmi və təhsil inteqrasiyasını dərinləşdirmək üçün mühüm vasitə olduğu qeyd edilib.

Konfrans Türk Dünyasının elmi və intellektual dairələrinin geniş iştirakı ilə keçib. Tədbirdə millət vəkilləri, professorlar, dosentlər, elmlər doktorları, aparıcı elmi və təhsil müəssisələrinin rəhbərləri və Türk dövlətlərinin Bakıda fəaliyyət göstərən səfirləri iştirak ediblər.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib:

“Türk Barometri 2024 araşdırması inteqrasiya proseslərinin mövcud vəziyyətini obyektiv şəkildə qiymətləndirməyə imkan verən mühüm analitik vasitədir. Bu, Türk dövlətləri arasında elm və təhsil sahəsində uzlaşdırılmış strategiyaların hazırlanması üçün möhkəm bir əsas yaradır.”

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri