Icma.az
close
up
RU
“Tam gizli” qrifli sənədlər

“Tam gizli” qrifli sənədlər

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəyanətlər ermənilərin türk düşmənçiliyinə ayna tutur

I Dünya Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış siyasi, sosial və iqtisadi vəziyyət ermənilərin Şərqi Anadoluda dövlət qurmaq planını, bu ərazilərə köçürmək düşüncəsini doğurmuşdu. “Erməni məsələsi”ni hər fürsətdə gündəmə gətirmək hayların siyasi təşkilatlarının əsas prioritetlərindən idi. “Gizli “ və “tam gizli” qrifləri ilə uzun müddət ictimaiyyətdən gizlədilən sənədlər bunu sübut edir. Ermənistnda arxivlər yalnız bu ölkədə sovet hakimiyyəti qurulandan sonra yaradılmağa başladı və arxiv materialları əsasən Gürcüstan və Azərbaycandan gətirilməyə başlandı. Bir qisim material isə kilsələrdən toplandı. Amma Ermənistan arxivlərinin böyük bir qismi bu günədək qapalı saxlanılmaqdadır. Fəqət bəzən “gizli” qrifli bu sənədlər mətbuata sızdırılır...

Türkiyəyə qarşı iddialar irəli sürən Ermənistana 2005-ci ildə arxivlərin açılması və gizliliyin ortadan qaldırılması təklif olunsa da, buna reaksiya vermədi. 2005-ci il aprelin 13-də Türkiyə Böyük Millət Məclisinin yekdilliklə qəbul etdiyi bəyannamədə Ermənistana sülh əli uzadıldı və Türkiyə aşağıdakı əsaslarla birgə tarix komissiyasının yaradılmasını təklif etdi: “Türkiyə Böyük Millət Məclisi (TBMM) hesab edir ki, həm Türkiyənin, həm də Ermənistanın maraqları eyni torpaqlarda əsrlər boyu qarşılıqlı tolerantlıq və sülh şəraitində yaşayan türk və erməni xalqlarını barışdırmaq, onları uzun illər davam edən müharibələrdən qaynaqlanan dərin qərəzdən xilas etmək, onların ortaq gələcəyə, əməkdaşlıq, dostluq etməyə imkan verəcək mühit yaratmaqdan ibarətdir. Bu təklif Türkiyə və Ermənistan tarixçilərindən ibarət müştərək komissiya yaradılmasını, milli arxivlərini heç bir məhdudiyyət olmadan araşdırmalara açmasını və digər müvafiq ölkələrin arxivlərində də aparılacaq bu araşdırmanın nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasını nəzərdə tutur”.

Amma Ermənistan bu təşəbbüsün mahiyyətini anlamadı və belə bir komissiyanın qurulmasını istəmədi. Bu sadə səbəbə görə ki, arxiv materialları ortaya qoyularsa kimin günahkar olduğu ortaya çıxaracaq. Şübhəsiz ki, soyqırımçı millətin türklər, azərbaycanlılar deyil, məhz ermənilər olduğu isbatlanacaq. Türkiyə və Azərbaycanda arxivlərin tədqiqatçıların üzünə açıq olması tarixə yeni yanaşmanın nəticəsi və həm də ölkələrimizin qorxacaq heç bir işinin olmadığının göstəricisidir. Ermənilər isə bu sənədlərin yayılmasını istəmirlər. Ermənistan arxivlərindən müxttəlif yollarla aşkar olunan bəzi sənədlərin mahiyyəti dediklərimizin sübutudur.

Ermənilərin israrla gizli saxladıqları bəzi sənədlər təsdiq edir ki, hələ 1917-ci ilin fevralında Rusiya hakimiyyətə gələn Müvəqqəti Hökumət artıq 9 may 1917-ci ildə “Müvəqqəti Hökumətin Türk Ermənistanı haqqında tənzimləməsi” adlı qərarla beş nəfərlik Qafqaz Xüsusi Komitəsini yaratmışdı. Rusiyada baş verən hadisələr – çar mütləqiyyətinin devrilməsi və siyasi hakimiyyətin Müvəqqəti Hökumətə verilməsi – erməni bolşeviklərini də hərəkətə gətirmişdi. “Türk Ermənistanı haqqında tənzimləmə” adlı Qafqaz Xüsusi Komitəsinin tərkibindəki yeganə erməni üzv

M.İ.Papacanyan olsa da, bu işi idarə edən gizli erməni siyasi qrupu da fəaliyyət göstərirdi. Ermənilər Cənubi Qafqazdakı Ermənistan dövləti ilə kifayətlənmək istəmir, altdan-altdan Şərqi Anadoluda da bir dövlətə sahib olmaq istəyirdilər. 1917-ci ilin Oktyabr inqilabından sonra Rusiyada qurulan yeni bolşevik hökumətinin ermənilərə qarşı apardığı siyasət əvvəlki hökumətdən fərqli olsa da, hay iddiaları və onları dəstəkləyən fəaliyyət dəyişməmişdi. Lenin 1917-ci ilin dekabrında erməni Stepan Şaumyanı Bakıya fövqəladə komissar təyin etdikdən sonra Qafqazda erməni bolşeviklərinin təsiri daha da gücləndi.

Şaumyan yalnız Bakıya deyil, bütün Qafqaza cavabdeh olan problemli bolşevik rəhbər sayılırdı. Bu şəxslə bağlı Ermənistan arxivlərinə materiallar Bakıdan aparılmışdı. Azərbaycanda Şaumyanın fəaliyyəti ilə bağlı kifayət qədər tədqiqatlar aparılsa da, Ermənistanda “Şaumyan arxivi” hələ də bağlı saxlanılır. Onun erməni cəllad Andranik Ozanyanla yazışmaları, erməni siyasi və hərbi qruplaşmaları ilə əlaqələrinin heç də hamısı gün işığına çıxarımayıb . Bunlar ortaya çıxarılsa, məlum olacaq ki, ermənilər, əslində, bolşevik bayrağı altında taktiki dəyişiklik edərək əvvəllər başqa partiyalara mənsub şəxsləri bolşevik partiyasına daxil etmişlər. Erməni bolşeviklərinin də Şərqi Anadolu vilayətləri ilə bağlı planları var idi. Bu, hansısa konkret partiyanın proqramı deyildi – siyasi mövqeyindən asılı olmayaraq bütün erməni təşkilatlarına aid ümumi bir plan idi.

Ermənistan arxivlərindən əldə edilən yeni sənədlər göstərir ki, Moskvanın verdiyi göstərişlər hay planlarının həyata keçirilməsinə mane olub. Bolşevik inqilabından sonrakı illərdə Moskva Atatürk Türkiyəsini öz tərəfinə çəkmək siyasəti yürüdürdü və erməni bolşevikləri də Moskvanın göstərişlərini dəstəkləməyə məcbur edilirdi. Lakin ermənilər öz maraqlarından çıxış edirdilər. Bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirdikdən dərhal sonra “Türkiyə Ermənistanı” ilə bağlı yeni bir ümumi qərar açıqladılar. Lenin, Stalin, Bonç-Bruyeviç və Korbunov tərəfindən imzalanmış bu sənəd heç də onların uzun və kollektiv fəaliyyəti nəticəsində yaranmamışdı. 15 yanvar 1918-ci ildə Ümumrusiya Sovetlər Qurultayı tərəfindən təsdiq edilmiş bu sənədin, əslində, 29 dekabr 1917-ci ildə tələm-tələsik hazırlanması və dərhal icra olunması erməni bolşeviklərinin nə qədər üstün mövqedə olduqlarının göstəricisi idi. Onlar müharibədən çıxmış Rusiyanın Türkiyə ilə dost olmasını istəmirdilər. Ortaya çıxarılan “gizli” qrifli sənədlərdə “Türkiyə Ermənistanı” məsələsinə diqqətin çəkilməsi yerli təşkilatlar qarşısına bir vəzifə olaraq qoyulur, başqa sözlə, burada “erməni barmağı”nın olduğu üzə çıxırdı. Bu sənəddə “Türkiyə Ermənistanı” torpaqlarında millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsipi irəli sürülürdü və bu da bolşeviklərin siyasi şüarı kimi göstərilirdi. Bu, Rusiyada yaşayan ermənilərlə yanaşı, Osmanlı İmperiyasında yaşayan ermənilərə də aid edilirdi. Əslində bu, Rusiya bolşeviklərinin “Türk Ermənistanı” məsələsində daşnakların tərəfini saxladığını göstərirdi. Bu “inqilabi komitələr” özlərini sovet hakimiyyəti kimi təqdim etsələr də, əslində, onlar erməni milli məqsədlərinə xidmət edirdilər. Həmin dövrdə Azərbaycan türkləri və gürcülər bu komitələrin fəaliyyətinə etirazlarını bildirir, onları qərəzli hesab edirdilər. Ancaq bolşevik rəhbərliyi bu etirazlara əhəmiyyət vermir, erməni komitələrinə dəstəyi davam etdirirdi. Bütün bu faktlar göstərir ki, 1917–1918-ci illərdə Cənubi Qafqazda fəaliyyət göstərən erməni bolşevikləri “Türk Ermənistanı” planının həyata keçirilməsi üçün həm silahlı, həm də inzibati metodlardan istifadə ediblər. Moskvanın rəsmi göstərişləri ilə üzdə razılaşan bu dairələr yerli səviyyədə öz məqsədlərini həyata keçirirdilər.

Bolşeviklərin dekretinə görə Rusiyanın müharibə zamanı işğal etdiyi Türk torpaqlarını tərk etməsi, bunun müqabilində bölgədəki mülki əhalinin qorunması üçün erməni milis qüvvəsinin yaradılması, köç zamanı yerlərindən didərgin salınmış ermənilərin sərbəst şəkildə geri dönmələrinə icazə verilməsi və müvəqqəti yaradılmış “Erməni Xalq Nümayəndələri Soveti”nin başına Şaumyanın gətirilməsi ilə bu məsələlər həll olunmuş sayılırdı. Bolşeviklərin belə bir dekret qəbul etməklə ermənilərin “müdafiəçiləri” mövqeyinə keçmələrinin bir sıra siyasi səbəbləri vardı; Rusiyada sosialistlər və bolşeviklər arasında çoxsaylı ermənilər də var idi. Erməni irqçiliyinin daşıyıcıları bir anın içində “bolşevik donu” geyinmişdilər. Bu səbəbdən bolşeviklər Qafqazda ikinci dəfə hakimiyyətə gəldikdə, əvvəl bəhs edilən “Türkiyə Ermənistanı” ilə bağlı siyasətlərində taktiki dəyişikliyə getdilər. 1918-ci il təcrübəsinin səhv olduğunu söyləyən bəzi Qafqaz kommunistləri 1920-ci ildə yeni geosiyasi reallıqlar fonunda danışırdılar. Onlara qarşı olan erməni millətçiləri isə bu reallığı qəbul etmək istəmir, “Türkiyə Ermənistanı”nın müstəqilliyini rədd etməyi “Türk zalımlarının və cəlladlarının tərəfində olmaq” kimi dəyərləndirirdilər. Ortaya çıxarılan sənədlərdə bütün bunlar öz əksini tapıb.

Çar hökumətinin və Müvəqqəti Hökumətin həyata keçirməyə çalışdığı “Erməni dövləti” planını dəstəkləyən bolşeviklərin ilk addım olaraq “Türkiyə Ermənistanı” barədə dekret yayması bu dəstəyin göstəricisi idi. Erməni Milli Qurtuluş Komitəsinin sədri Simon Vratsyan 1921-ci ilin fevral ayında erməni üsyanının səbəbləri barədə yenə də “gizli” qrifi ilə saxlanılan şərhində əsas məsuliyyəti bolşevik rəhbərliyinin yanlış siyasətinə bağlayırdı. Ermənistanda bolşevik liderlərin erməni ordusunu və məmurlarını dağıtması, qonşularla problemləri həll edə bilməməsi, həbslər, müsadirələr və zülmlər nəticəsində xalq silahlı üsyana qalxmışdı. Üsyanın nəticələrindən danışan Vratsyan qeyd edirdi ki, erməni xalqı bir daha hüquqları uğrunda mübarizəyə hazır olduğunu sübut etmişdi. Onun fikrincə, bu üsyan bolşeviklərin xalq əleyhinə siyasətinin müəyyən qədər yumşalmasına səbəb oldu. Halbuki xalqın etirazının başqa səbəbləri də vardı.

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see615

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see273

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see254

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see143

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see136

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see134

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see134

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see134

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see132

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see131

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see129

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see123

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see123

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see122

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see118

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri