Tamaş Torma: Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirirlər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı genişləndirirlər".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" adlı paneldə deyib.
O qeyd edib ki, Macarıstan üçün təmiz suya universal çıxış davamlı inkişafın əsas elementi hesab olunur:
"Su problemlərinin həlli Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda prioritet məsələdir. Macarıstan 2010-cu ildən etibarən fəaliyyətini davamlı olaraq su mövzusuna yönəldir və bu sahədə regional və beynəlxalq əməkdaşlığı genişləndirir.
Bu həftənin əvvəlində Macarıstan Baş Su İdarəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq bazarların genişləndirilməsi, texnologiyaların ixracı və etibarlı innovativ həllərin tətbiqi üçün yeni imkanlar açacaq".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















