Icma.az
close
up
RU
Dostluq və enerji tərəfdaşlığı: Azərbaycan Macarıstan əməkdaşlığı böyük gələcəyə doğru

Dostluq və enerji tərəfdaşlığı: Azərbaycan Macarıstan əməkdaşlığı böyük gələcəyə doğru

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Macarıstan arasındakı münasibətlər tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan möhkəm bir təməl üzərində qurulub. Azərbaycan lideri İlham Əliyevin Macarıstana işgüzar səfəri və mətbuata bəyanatları bu münasibətlərin dərinliyini və gələcək potensialını bir daha təsdiqlədi. “Dost ölkələr, strateji tərəfdaşlar” kimi xarakterizə olunan bu əlaqələr, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə birgə fəaliyyətin genişlənməsi ilə daha da möhkəmlənir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur: “Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Hazırda ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir”.

Deputat qeyd edib ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir: 

“Ölkəmizin enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında da enerji sektorunda mövcud imkanlardan geniş bəhs edərək bildirdi ki,  Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər  qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

S.Salmanova qeyd edib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində də ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib”: Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir. Dövlətimizin başçısı Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Ermənistanla sülh prosesinin gedişinə də toxundu. Ölkə başçımız bu sülh müqaviləsinin gec-tez, özü də Azərbaycanın irəli sürdüyü şərtlərlə imzalanacağını bir daha diqqətə çatdırdı və qeyd etdi ki, bunun üçün iki şərt vardır. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan tərəfi doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Həmin halda ancaq sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənistanındır”.

Parlamentari hesab edir ki, Azərbaycan və Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər: 

“Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Bir çox istiqamətlər üzrə biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycan Macarıstanın uğurlarına ən çox dəstək verən ölkələrdən biridir. Əminəm ki, Prezident İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see164

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see150

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see149

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see131

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see128

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see127

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see123

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see119

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see118

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see118

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see117

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see117

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see116

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri