Tamaşa faciəyə çevrildi gənc matador həlak oldu, həkim infarkt keçirdi
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliyanın paytaxtı Lissabondakı Campo Pequeno öküz meydançasında keçirilən korrida nümayişi faciə ilə yekunlaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur 22 yaşlı matador Manuel Maria Trindade 680 kiloqramlıq öküzün hücumuna məruz qalaraq həyatını itirib.
Tamaşa zamanı gənc pəhləvan öküzün buynuzlarından tutmağa çalışsa da, bacara bilməyib, öküz tərəfindən havaya qaldırılıb və arenanın divarına çırpılıb. Arenada olan minlərlə tamaşaçı dəhşətli anların şahidi olub. Tibbi personalın sürətli müdaxiləsinə baxmayaraq, reanimasiyaya yerləşdirilən Trindade ertəsi gün ürək və tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Faciə bununla da bitməyib. Korrida nümayişini tribunadan izləyən 73 yaşlı Vasko Morais Batista həyacandan infarkt keçirib. İxtisasca həkim olan Batista təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Avqust 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















