Toy fotosessiyası FACİƏYƏ ÇEVRİLDİ
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İngiltərənin Norfolk şəhərində yeni evlənən Ceymi və Mişel Ueyd toy fotosessiyası zamanı kanoenin aşması nəticəsində çaya düşüblər.
Bakıvaxtı.az xəbər verir ki, “Mirror Weird News”un məlumatına görə, 46 yaşlı cütlük Bure çayında gün batımında foto çəkdirmək istəyərkən tarazlığını itirib. Mişel hadisə zamanı təxminən 1800 funt sterlinq dəyərində gəlinlik geyinib.
Cütlük çaydan çıxdıqdan sonra da bədbəxt hadisələr davam edib. Onları yoxlamağa qaçan qonaqlardan biri sürüşərək ayağını sındırıb. Mişel daha sonra atəşfəşanlıq qurğusunda ayağını yandırıb, güclü yağış isə konfeti qonaqların üzərinə yapışdırıb.
Bütün bunlara baxmayaraq, cütlük toy gününü xoş xatirə kimi qiymətləndirib. Onlar 2021-ci ildə qayıqda nişanlanıblar və toyları 29 avqustda Norviç Qala Muzeyində baş tutub.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 07 Sentyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















