Icma.az
close
up
RU
Tamaşaçılara söyüş söyən “Diva” gündəmdən düşmür

Tamaşaçılara söyüş söyən “Diva” gündəmdən düşmür

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

"Diva" Bülent Ersoy, konsertdə playback edən sənətçilərə eyham vurduqdan sonra indi də tamaşaçısına söyüş söydüyü iddiası ilə gündəmdədir. Ersoydan bu iddialara cavab gecikmədi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, usta sənətçi, sosial şəbəkədə yayımladığı sərt sözlərlə diqqət çəkib. Paylaşımında kimə eyham vurduğu isə maraq doğurub. Çox danışılan həmin paylaşımda Bülent Ersoy bunları yazıb:

“Camaatın diqqətinə! Mən zəfərlərin qadınıyam! İndi evinizə! Millətin dəvətli qonaqlarla belə doldura bilmədiyi Antalya Açıqhava Səhnəsini aslanlar kimi doldurdum, daşırdım. Konsertdə texnologiyanın arxasına sığınıb oxuyurmuş kimi edib xalqı aldadan, saxtakarlıq edən sizlərə səslənirəm: Mənə baxın, adam olun! Səsiniz yoxdursa insanları aldatmayın. Rədd olun, evinizə gedin. 74 yaşında bir qadın texnologiyanın heç bir imkanından istifadə etmədən, səsini parçalarcasına oxuya bilirsə bax bu, xalqa hörmət, alın təri, doğruluq və dürüstlükdür. Ah Müzeyyen bacım ah… Ah Zeki bəyim ah… Bu gün yaşanan bu rüsvayçılıqları görsəydiniz, musiqi naminə içiniz qan ağlayardı. Amma narahat olmayın, yattığınız yerdə rahat olun, çünki onların hamısının öhdəsindən yalnız mən gələrəm və gəlirəm də... Bir vaxtlar dediyim kimi: Mən bu bitmişləri ağlımladöyər, səsimlə basdıraram"!

"Ey oxuya bilməyənlər, səsini itirmiş olanlar yalançılar. Elə dodaq oynadaraq xalqı aldada bilməzsiniz. Bir müddət əvvəl aldığım dəqiq xəbəri də musiqisevərlərə çatdırmaq istəyirəm: “Çox qiymətli” deyilən bir sənətkarın səhnədə etdiyi playback zamanı salondakı tamaşaçılar: Biz playback dinləməyə gəlməmişik, əgər belə olacaqdısa kaseti qoyub dinləyərdik - deyərək ön masalarını tərk edib oyun salonuna keçiblər. Çox təəssüf edirəm. Yazıq ki, bunlar böyük adlardır. Oxuya bilmirsiniz! Keçmişdə qazandıqlarınızdan yeyirsiniz, amma unutmayın ki, hazıra dağ dözməz qızlar. Yoxsa sizə belə etiraz edərlər, xalqın şilləsini də yeyərsiniz. Bax, son Antalya Açıqhava konsertimdə də hamınıza şilləni vurdum. Çünki mən zəfərlərin qadınıyam”.

Söyüş iddiası
Playback edənlərə sərt çıxış edən Ersoy, indi də onu izləməyə gələnlərə söyüş söydüyü iddiası ilə gündəmdədir.

Bülent Ersoyun cavabı:
“54 illik sənət həyatımda bu qədər əsassız və həqiqətdən uzaq ittihamlarla üzləşmək ömrünü Türk musiqisinə və aziz millətinə həsr etmiş bir sənətkar üçün son dərəcə incidici və üzücüdür. Bu gün bəzi mediada yer alan "Tamaşaçısına hörmətsizlik etdi" xəbərləri tamamilə manipulyasiya məhsuludur və həqiqətin təhrif olunmuş halıdır. Mənim üçün siz əziz və hörmətli dinləyicilərim hər zaman baş tacım, ən böyük dəyərim olmusunuz. Bu səbəbdən həqiqəti öz dilimdən sizə çatdırmaq borcumdur.
Çox dəyərli dostum Orhan Gencebay ustadın "Bir Teselli Ver" əsərini ifa edərkən, mahnının müəyyən hissəsində vurduğum yüksək notların verdiyi coşqu və ardınca gələn alqış tufanı ilə özümə kompliment olaraq "Nə gözəl oxudun Bülent" mənasında, zarafatyana bir ifadəni öncə özüm-özümə dedim. Ardınca, ən öndə oturan Kiprli yaxın dostum İpek xanıma baxaraq təkil şəkildə "qız" sözünü işlətməyim, ümumilikdə salona deyil, konkret bir şəxsə yönəldiyimin açıq sübutudur. Əgər iddia edildiyi kimi bütün salona demiş olsaydım, başım dik, üzüm bütün tamaşaçılara dönük olardı. Hamı bilsin ki, 54 illik sənət həyatımda məni mən edən Türk xalqına heç vaxt hörmətsizlik etmədim, bu mümkün də deyil. İndiyədək belə bir hadisə olmayıbsa, 54 ildən sonra da belə bir şey ola bilməz. Tamaşaçım mənim baş tacımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri