Icma.az
close
up
RU
“Yalquzaq” tamaşaçılara təqdim olunub

“Yalquzaq” tamaşaçılara təqdim olunub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 17-də Azərbaycan Dövlət Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşanın premyerası olub.

 Teatrın uşaqları tarixi irsimizə, soy kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda formalaşdırmaq missiyasının davamı olan bu maarifləndirici tamaşa “Yalquzaq” adlanır.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın  “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxıb. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində (qumla rəsmlərin müəllifi Lalə Hüseynzadədir) vizual həllə nail olunub.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Nərmin Əhmədova (Simurq quşu), Araz Həsənli (Baybora) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

 Nümunə düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş  türk qəbiləsindən  təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub. 

Balaca teatrsevərlər tamaşa vasitəsilə insanlarla heyvanların, ümumiyyətlə vəhşi təbiətlə cəmiyyətin təmasının müsbət hasilinə vurğunu görmüş olurlar.

Yalquzaqın timsalında qurdların insan övladına mərhəməti, həmçinin düşmənlərə qarşı intiqam ruhunda tərbiyəsi, güclü və ədalətli varlığa çevrilməsi də təsvir edilir.

 Belə ki, Simurq quşunun köməyi ilə insanlara qoşulan  Yalquzaq dara düşən qurd ailəsini də unutmur. Sözsüz ki, zamanında onun doğmalarını öldürüb, yurd-yuvasını viran qoyan yağılardan da qisasını alır.

 Nəticədə ətrafına güclü dostlar toplayan Yalquzaq haqqın zəfərinə inamın nümunəsi kimi dillər əzbərinə çevrilir.

Nikbin sonluq, haqqın zəfərinə inam ovqatında bitən tamaşa teatrsevərlər tərəfindən alıqışlarla qarşılanıb. 

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see393

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see238

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see212

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see199

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see199

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see197

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see197

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see189

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see188

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see182

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri