Icma.az
close
up
RU
“Tamaşaçımız ailəsinin müğənnini açıq geyimdə görməyini istəmir”

“Tamaşaçımız ailəsinin müğənnini açıq geyimdə görməyini istəmir”

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tamaşaçımız ailəsinin müğənnini açıq geyimdə görməyini istəmir”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova unudulmamasının sirrini açıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də danışıb.

İbrahimova deyib ki, bu, onun mahnıları ilə əlaqəlidir:

“İnanın ki, bunun tərifi mahnılar, musiqilərdir. O zamab bu musiqilərlə insanların birləşdirdiyi xatirələrdir. Unudulmağa qoymayan da sevilən mahnı aralığının geniş olmasıdır. Mahnılar çoxdur, bir-iki deyil. Qısa müddətdə insanlara sevdirmişəm ki, unudulmağa qoymur. Böyük ehtimalla səbəb budur. Səhnədə qeyri-adi nəsə etməmişəm, sadəcə yeni bir tərz gətirmişəm. Gövhər Həsənzadənin dəsti-xəttini üzərimə geyinmişəm, bu da mənim tərzim olub. Xanım İsmayılqızının, Nail Mirməmmədlinin nəğmələrini oxumuşam. Çalışdığım hər bəstəkarın duyğusunu almışam. Hamısını ötürə bilməsəm də, insanlara çatdırmağa çalışmışam. Səhnədə dəhşət şoular göstərməmişəm, rəqslər filan olmayıb. Bəlkə də yanlış cümlə qura bilərəm. Amma bizim tamaşaçımız onu istəmir. Səhnədə daha xanım-xatun, ağır müğənni istəyir. Müğənninin geyiminin o cür olmağını istəmir. Sanki ona qarşı qoruyucu mövqeyə keçir ki, niyə belə geyinib? Daha bağlı geyinsəydi… Bilmirəm, bu, qısqanclıqdırmı? Bəlkə burada başqa məqamlarda var ki, ailəsinin müğənnini açıq-saçıq geyimdə görməyini istəmir. Bu, bizim artıq qanımızda-canımızdadır ki, daha bağlı, ağır müğənni görmək istəyirlər. Müğənni dediyimiz isə elə olmur. Müğənni duyğularıyla oradadır, o mahnını oxuyur, duyğuları çatdırmağa çalışır. Ora makiyajı, saçı, geyimi də qata bilər ki, duyğuları qarşı tərəfə çatdırsın. Bir çox məqamlar var. Desəm ki, o vaxt bu qədər çox danışırdım. Yox. Heç bu qədər imkanlar da yox idi. Maqazin proqramları sonradan çıxdı, orada da soruşurdular ki, ailə qurmağı düşünürsünüz? Mən də hər dəfə “düşünürəm” deyirdim. Nədənsə həmişə bu sualı mənə verirdilər. Bilmirəm, üzümdən, gözümdən, üst-başımdan hiss olunurdumu ki, evlənmək istəyir? Niyyətin hara, mənzilin ora… Bu sualla ya bir şey öyrənmək istəyirdilər ki, bu qız niyə tək gəzir, kimsə yoxdur? Çünki mən gec ailə qurdum, 29 yaşında evləndim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olay.az
archiveBu xəbər 25 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri