Icma.az
close
up
RU
Tanınmış alimə qarşı çirkin kampaniya ŞOK FAKTLAR

Tanınmış alimə qarşı çirkin kampaniya ŞOK FAKTLAR

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Universitetdə dekan olmasının qarşısını almaq üçün nüfuzdan salmağa çalışdılar, üstəlik “qara piar”larla işdən uzaqlaşdırılmasına nail oldular

Tarixçi alim, attestatlı dosent, 26 ildən artıq ali təhsil sistemində nümunəvi pedaqoq, özünəməxsus elmi yanaşmaları olan tədqiqatçı kimi fəaliyyət göstərmiş Neyman Nərman öğlu Xasayev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Elm və Təhsil naziri Emin Əmirullayevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən alimin məktubunu olduğu kimi dərc edirik:

“Məlumat üçün bildirirəm ki, mənim 26 illik nümunəvi elmi-pedaqoji fəaliyyətimin 2015-2020-ci illəri Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakultəsində tarix üzrə fəlsəfə doktoru, dosent fəzifəsində çalımağımla bağlı olmuşdur. Bu zaman SDU-nun  rektoru, prof. Elxan Hüseynov idi. Son dərəcə tələbkar olub, xadiməsindən akademikinə qədər hamını təmənnasız işə qəbul edən bu məsul vəzifəli şəxs - SDU-nun sabiq rektoru E.Hüseynov, öz əmək funksiyasını və vəzifə borcunu layiqincə yerinə yetirən, gənc nəslin təlim-təbiyəsində və emi-pedaqoji fəaliyyətində fərqlənən hər bir pedaqoqa diqqət və qayğı ilə ilə yanaşaraq onların əməyini yüksək səviyyədə qiymətləndirmişdir ki, bu sırada mən də təmsil edilmişəm.

2017-ci ilin 5 oktyabrında Beynəlxalq Müəllimlər günü münasibəti ilə “Səmərəli elmi-pedaqoji fəaliyyətimə, gənc nəslin təlim tərbiyəsindəki uğurlarıma görə” Tarix və onun tədrisi metodikası kafedrasının dosenti olaraq sabiq rektor E.Hüseynovun imzası ilə fəxri fərmanla təltif  edilmişəm. Hər ay olmaqla bir nümunəvi elmi-pedaqoji fəaliyyətimə görə əmək haqqıma 100 AZN mükafat əlavə edilmişdir. 2018-ci ilin fevral ayında Universitetin Elmi Şurasının yekdil qərarı və Şəxsən sabiq rektor, prof. E.Hüseynovun etimad göstərməsi ilə sənədlərim Prezident Yanında Ali Attestasiya Komissiyasına göndərilmiş, mənə cəmi iki ay ərzində bu mötəbər orqan tərəfindən attestatlı dosent adı verilmişdir. 2017-2020-ci illərdə işlədiyim Tarix və coğrafiya fakultəsi üzrə Dövlət İmtahan Komissiyasının 5 məsul üzvindən biri kimi fəaliyyət göstərmişəm.

2019-cu ilin oktaybr ayında onlarla professor və müəllim heyəti içərisindən fərqləndirilərək qısa müddətli “Mövlana” proqramı üzrə Türkiyənin məşhur Aydın Adnan Menderes Universitetimdə “Azərbaycan tarixi, Türk xalqları tarixinin tərkib hissəsi kimi” problem mövzusunda mühazirələr aparmış, yüksək səviyyəli sertfikatla geri dönmüşəm ki, həmin sertfikatda Aydın Adnan Menderes Universitetinin rektoru, mənim timsalımda uzun müddətli müəllim mübadiləsi ilə bağlı sabiq rektor E.Hüseynova müraciət ünvanlamışdır. 2020-ci ilin fevral ayında Universitetin genişləndirilmiş Elmi Şurasında yenidən nümunəvi elmi-pedoqoji fəaliyyətimə, elmi-metodiki əsərlərimin yüksək səviyyədə olmasına dəyər verən sabiq rektor prof. E.Hüseynovun xususi gösərişi ilə onlarla professor-müəllim kontingentinin önündə Tarix və Coğrafiya fakültəsinə elmi işlər üzrə dekan müavini vəzifəsinə namizədliyim irəli sürülmüşdür. Bu andan etibarən, ali təhsil sistemində yalnız bir dəfə, müstəsna hallarda iki dəfə hər bir əməkdaşın dekan seçilmək hüququ olduğu halda, SDU üzrə yüksək vəzifəli havadarları hesabına, fakültənin adını dolayı yollarla dəyişərək özünü 4-ci dəfə dekan seçdirməsi ilə kifayətlənməyən, növbəti - 5-ci dəfə dekan seçkisinə hazırlaşan Adil Baxşəliyev mənim onun yerinə dekan vəzifəsinə seçiləcəyim qənaətinə gələrək, şəxsimə qarşı qara piar kampaniyasını başlamaq barədə məxfi göstəriş vermişdir. Qara piar kampaniyasının gedişində onun əsas yardımçıları; 2017-ci ilin dekabr ayında Tarix və onun tədrisi metodikası kafedrası müdirliyinə keçrilən seçkilərdə ən real namizəd olduğum halda, seçkilərə bir neçə sayılı gün qalmış vəzifə salahiyyətlərindən sui-istifadə etməklə, dərs dediyim auditoriyadan məni qanunazidd formada zorla çıxarıb, “Bu dəqiqə gedib namizədlik ərizəni geri götürməsən səhərdən işdən azadsan”, - deyərək təhdid edib ərizəmi geri götürtdürməklə, formal şəkildə kafedra müdiri seçdirdiyi Sona Məhərrəmova,  dinin dövlətdən ayrılmasına rəğmən bu gün də məxfi fəaliyyətini davam etdirib, öz zəhərli ideyaları ilə tələbə və magstrantların beynini yuyan, 2016-cı ildə Türkiyədə baş vermiş “Dərbə” hərəkatından sonra ölkəmizdə faəliyyəti qadağan olunmuş “nurçu-fetoçu” dini baxışlarının Universitetdə fəal təmsilçisi, təbliğçisi kafedra əməkdaşı Samir Kərimli, digər dini təriqətçi, kafedra əməkdaşı Sarvan Bədəlov və mənim tarixşünaslıqda ilkə imza atdığım “Azərbaycan sultanlıqları” adlı sanballı, iri həcmli əsərimin elektron variantını ələ keçirərək Cinayət Məcəlləsinin 165-ci maddəsinin tələblərini cinayəkarcasına pozmaqla öz adına nəşr etdirən, bu hesaba tarix fənnini orta məktəbin “3” qiymət alan şagirdi səviyyəsində bilmədiyi halda attestatlı dosent adını almış əvvəllər Universitetin Həmkarlar Komitəsinin sədri, bu gün isə layiq olmadığı prorektor vəzifəsini tutan Elmar Xəlilov olmuşdur.

Onu da bildirim ki, dekan Adil Baxşəliyev və kafedra müdiri Sona Məhərrəmova, məni 2017-2018-ci illərdə, ikincinin xeyirinə qonaq müəllifliyə təhrik etdiklərinə görə CM-in 165-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmalıdırlar. Daima, nümunəvi elmi-pedaqoji fəaliyətimlə, Universitet rəhbərliyinin etimadını doğrultduğumdan irəli gələrək,  bir müddət öz çirkin niyyətlıərini həyata keçirə bilməyən bu vəzifə hərisi olan vəzifəli şəxslər, nəhayət, 2020-ci ilin 7 may tarixində - Müqəddəs Ramazan bayramı günü, onlayın formada dərslər keçirilən zaman, imtahanqabağı zəruri bir sualı cavablandırdıqdan sonra şəxsi sirrim olan dostuma göndərmək istədiyim zarafatyana bir mesajı fakultənin I kurs tələbəsi və qrup nümayəndəsi Samirə Seymur qızı İbrahimliyə səhvən göndərməyimdən (Hansı ki, tələbə Samirə İbrahimlinin özünün də, rektora və məhkəməyə izahatında ifadə etdiyi kimi, cəmi bir dəqiqə sonra zəng edərək şəxsimə dair mesajın yayılmasının  Konstitusiyanın 32-ci maddəsinə əsasən  qadağan olunduğunu və buna görə də silinməsini tələb etməyimə rəğmən, qara piar kampaniyasının vəzifəli şəxsləri tərəfindən öncədən bu qara piar kampaniyasına  cəlb olunan S.İbrahimli məni pozduğuna arxayın salıb şəxsi sirrim olan mesajı silməyərək tabe olduqlarının gösərişi ilə cinayətkarcasına sosiallaşdırmış, özünün də izahatında göstərdiyi kimi CM-in 308 və 309-cu maddələrinin tələblərini qərəzli yanaşmaqla qəsdən pozduqlarına görə cinayət məsuliyyətinə cəlb olunmaları zərurət tələb edən dekan A.Baxşəliyevin və kafedra müdiri S.Məhərrəmovanın təhriki ilə rektora internet üzərindən göndərmişdir.) yararlanaraq sabiq rektor E.Hüseynova barəmdə şər-böhtan dolu əlavə məlumat çatdırmaqla yanaşı, şəxsimə dair bu məxvi mesajı da göndərtdirərək, onun mənə olan etimadını heçə endirməyi bacarmışlar.

Qara piar kampaniyasının üzvləri bu naqis, vəzifəli şəxsə qarşı cinayət tərkibi yaradan  əməlləri ilə kifayətlənməyərək, mənə qarşı yeni bir cinayətə imza atmaqla,  səhvən getmiş mesajımı; kafedra əməkdaşı fetoçu Samir Kərimlinin, dekan A.Baxşəliyev və kafedra müdiri S.Məhərrəmovanın təhriki ilə qanundankənar formada yayan tələbə S.İbrahimlinin nümayəndə olduğu 822 saylı qrupda,  2020-ci ilin iyun ayında Universitetə gələrək ev şəraitində tələbələrdən onlayn imtahan götürdiyim zaman, qanunazidd formada, heç bir xəbərdarlıq olunmadan, imtahan cədvəlində rəsmi dəyişiklik edilmədən  mənə özbaşına, hiyləgərcəsinə yeni assisent təyin olunmuş kafedra əməkdaşı – dini təriqətçi Sarvan Bədəlov (Kafedra müdiri S.Məhərrəmovanın mənə zəng edib “Dekan səni çağırır” kodu altında imtahandan zorla çıxardıqdan sonra) cinayətkarcasına telefonuma müdaxilə edib, həm şəxsi sirrim olan digər məlumatları götürmüş, həm də tələbəyə səhvən getmiş mesajın mənə məxsus olduğuna əminlik əldə etmiş və bu məlumatlar dərhal rektora dekan A.Baxşəliyev tərəfindən xüsusi formatda böyüdülərək şəxsən çatdırılmışdır. Bununla da bu fəzifə hərisləri, sabiq rektor E.Hüseynovun  məni işdən azad etməsi üçün qəti şəkildə zəmin hazırlamağı bacarmışlar. Əmək Məcəllləsinin 69-cu maddəsinin tələblərini tamamı ilə pozmaqla (Mənə ƏM-nin 69-cu maddəsində nəzərdə tutulduğu qaydada müddətsiz müqavilə ilə işlədiyimə görə, işdən çıxarılmağımın səbəbi göstərilməklə  ən azı bir ay əvvəldən rəsmi formada, yazılı qaydada işdən çıxarılacağıma dair xəbərdarlıq edilməli idi, lakin bu barədə heç bir xəbərdarlıq olunmamaş, bu isə kobud qanun pozuntusu hesab olunur) müddətsiz müqavilə ilə işlədiyimə görə 2020-2021-ci tədris ili üçün mənə dərs yükünün ayrılması zəruri olduğu halda, lakin dərs yükü ayrılmamış, bununla da ikinci kobud qanun pozuntusu həyata keçirilmişdir.

2020-ci ilin 8 sentyabr tarixindən Universitetə gələrək dekan A.Baxşəliyevə müraciət edib, müddətsiz müqavilə ilə işlədiyimə görə, dərs yükümün ayrılmasının zəruri olduğunu bildirsəm də, o, nəinki bu istiqamətdə lazımı tədbir görmüş, hətta həzz alırmış kimi, pandemiyanın riskli olduğu bir dövrdə bütün müəllimlər 15 sentyabrdan etibarən ev şəraitində, onlayn dərslər keçdiyi bir zamanda işdən azad edilənə qədər məni hər iş günü yaşayış yerim Bakıdan Sumqayıtda yerləşən Universitetə gəlməyə məcbur etmiş, bununla da vəzifə səlahiyyərlərini aşdığını qabarıq formada büruzə vermişdir.  

(Ardı var)

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see325

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see189

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see150

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see126

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see124

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri